Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

MTN-də Tağı Əhmədova hazırlanmış ittiham: “Dini təriqətə...” – Şok faktlar

Tarix: 19-04-2019 16:44     Baxış: 3176 A- / A+
MTN-də Tağı Əhmədova hazırlanmış ittiham: “Dini təriqətə...” – Şok faktlar
Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədovu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və digərlərinin nədə ittiham etdikləri açıqlanıb.
Manevr.az-ın teleqraf.com-a istinadən əldə etdiyi məlumata görə, ittiham aktında göstərilib ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov və digərləri ilə cinayət əlaqəsinə girib, onlar Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə tələb ediblər.

Akif Çovdarovun rəhbərlik etdiyi baş idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Tural Rzayevin tərtib etdiyi, guya Tağı Əhmədovun islam dininin təriqət üzvlərinə maddi yardım göstərməsi barədə əsassız məlumatlar daxil edilmiş “N” saylı tapşırığı 1 mart 2014-cü ildə imzalanıb, həmin ilin martın 3-də sənəd təsdiqlənməsi üçün nazirə təqdim edilib.

Bundan sonra dəstə üzvləri Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, 1-ci şöbə 2-ci bölmənin rəisi Anar Şirəliyev, 5-ci şöbənin baş mütəxəssisi Fərhad Atayev və başqaları Tağı Əhmədovun istifadəsində olan mobil nömrələri, metro ticarəti ilə məşğul olan qardaşı oğlu Şövqü Əhmədovun, tanışı Elşən Tağıyevin mobil nömrələrini dinləyiblər.

2014-cü ilin martında idarənin sabiq əməkdaşı Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. O, Tağı Əhmədov və oğlunun həbs olunacağı ilə hədələyib, 3 milyon manat tələb edib.

Hədə-qorxu yolu ilə 3 milyon manat alınıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar