Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvanda qız bıçaq götürüb sevdiyi oğlanın evinə getdi - “Məni almasan...” - TƏFƏRRÜAT

Tarix: 16-04-2019 19:58     Baxış: 3336 A- / A+
Şirvanda qız bıçaq götürüb sevdiyi oğlanın evinə getdi - “Məni almasan...” - TƏFƏRRÜAT


Şirvan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Tamara Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) məhkəməsi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Tamara Babayeva qonşusu Faiq Mirzəyevin Şirvan şəhəri, Naxçıvan küçəsindəki evinə gəlib.

Tamara aralarında sevgi münasibətləri olduğu halda başqa qıza elçi göndərmək barədə eşitdiklərini Faiqə irad tutub.

Tamara bildirib ki, Faiq hadisədən bir neçə gün əvvəl atası Sabirə qızının mütəmadi evinə gəldiyi, ailə qurmağı tələb etdiyini söyləyib. Buna görə də Tamara Faiqə öz iradını bildirib.

Faiq isə Tamaranı sevmədiyini, başqa qızla ailə quracağını deyib. Ondan əl çəkmədiyi üçün atasına şikayət etdiyini də dilə gətirib.

Buna görə Tamara ilə Faiq arasında mübahisə yaranıb.

Mübahisə zamanı Faiq Tamaranın qolundan tutub və evi tərk etməsini tələb edib.

Bu zaman Tamara özü ilə gətirdiyi bıçağı çantasından çıxararaq Faiqin qarın nahiyəsindən vurub. Faiq aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tamara Babayevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Tamara Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Hökmdən narazı qalan Faiq Mirzəyev apelyasiya şikayəti verib. Qeyd edib ki, Tamara Babayeva onu öldürmək məqsədilə bıçağa əl atıb.

Faiq Mirzəyev onu bıçaqlayan sevgilisinin həbsini istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə Faiq Mirzəyevin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. O, həmin qərarın ləğv edilməsini, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını istəyib.

Bu şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Kasasiya şikayəti təmin olunmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar