Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik rəsmisinin oğlu əsgərlikdən necə yayınıb? - TƏFƏRRÜAT

Tarix: 16-04-2019 18:07     Baxış: 3211 A- / A+
Nazirlik rəsmisinin oğlu əsgərlikdən necə yayınıb? - TƏFƏRRÜAT

Vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Baş prokurorun müavini təyin edilmiş Məmmədvəli Cəfərov hakim qarşısına çıxarılıb.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesində təqsirləndirilən Məmmədvəli Cəfərov sərbəst ifadə verib. M.Cəfərov ittihamları qətiyyən qəbul etmədiyini deyib.

O, bildirib ki, zərərçəkmiş kimi tanınan Rəşad Yusifov ona həbsdə olan atasının işində vəkil qismində çıxması üçün müraciət edib: "Rəşad Yusifov mənə müraciət edərək atasının hüquqlarını müdafiə etməyimi istədi. Buna görə də müqavilə imzaladıq. Mənə dedi ki, atasının azadlığa çıxmasına kömək edim. Amma mən bunun mümkünsüz olduğunu, atasına ən aşağı həddə cəza verildiyini dedim. Bildirdim ki, atası rüşvət alıb və məsələ ictimailəşib. Buna görə də daha artıq kömək etmək mümkün deyil. Mən təcrübəli vəkiləm və bunu da dəqiq bilirdim".

M.Cəfərov zərərçəkmişdən alınan külli miqdar pulla bağlı da danışıb. Pulu özü üçün yox, biznes qurmaq adı ilə alındığını deyib: "Rəşad dedi ki, Moskvada olan zaman atasının göndərdiyi pulla bizneslə məşğul olub. Amma atası həbs ediləndən sonra bu işlə məşğul ola bilməyib və hazırda işsizdir. Atasına aid olan 100 min manatla bizneslə məşğul olmaq istədiyini dedi. O vaxt mənim Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında çalışan Möhübbət Əhmədov adlı tanışım var idi. Onunla görüşərək bu barədə danışdıq. İş görməyə kömək edəcəyini dedi. Sonra Rəşadla Möhübbəti görüşdürdüm. Nərimanovdakı görüşdə Möhübbət siqaret biznesi təklif etdi. Rəşad da bununla razılaşıb pul verdi. Sonra Xətaidə görüşəndə Rəşad mənə 80 min manat verdi. Mən də Nərimanovda görüşərək pulu Möhübbətə verdim. Bir müddət sonra 2015-ci ilin mart ayının axırlarında Möhübbət mənə dedi ki, siqareti Azərbaycana gətirən şəxs iflas olub və iş alınmayıb. Buna görə də pulun batdığını dedi. Sonra Rəşad pulu tələb eləməyə başladı. Əgər Rəşad mənə pulu atasının azadlığa çıxarılması üçün vermişdisə, niyə atasının işi ilə bağlı məhkəmə qərarı məlum olmadan pulu geri istəyirdi? Rəşad pulu tələb etməyə başlayanda mənə hədə-qorxu gəlməyə, təhqirlər yazmağa başladı. Pulun az bir hissəsi Möhübbət tərəfindən qaytarıldı. Sonra Rəşad məndən şikayət edərək guya atasını azadlığa çıxarmaq adı ilə ondan 150 min manat pul aldığımı bildirdi. Rəşad Yusifovun təqdim etdiyi saxta şahidlər və sübutlarla mənə qarşı belə bir ittiham irəli sürüldü".

Təqsirləndirilən Cəfərov Yusifovun ondan niyə 150 min tələb etməsi haqda da danışıb: "Dedi ki, pulu dolları manata dəyişərək verib. Həmçinin qazancını hesablamışdı".

Məmmədvəli Cəfərov əlavə edib ki, Rəşad şikayətində ona verdiyi pulu ayrı-ayrı şəxslərdən borc aldığını deyib: "Mənə demişdi ki, 100 min manat atasının evdə olan puludur. Onun dediklərində ziddiyyət var. Deyir ki, guya pulu mənə Xətai metrosunun çıxışında verib. Halbuki pulu mənə metrodan 1 kilometr kənarda və mənim maşınımın içərisində verib. Orada da ikimiz olmuşuq. Rəşad aldığı pulu xatırlamadığını deyir. Ona verilən 91500 manat pulu xatırlamır. Bu, nə qədər inandırıcıdır? Məncə Rəşadda ciddi yaddaş pozuntusu var. Ona dəfələrlə verdiyim suallara "xatırlamıram", "yadımda deyil" cavablarını verib. Ciddi psixoloji problemləri olan insanlarda belə hallar müşahidə olunur. Bundan başqa, Rəşad Yusifov ifadəsində guya atasını azad etməyim üçün mənə verdiyi 100 min manatı evini sataraq əldə etdiyini deyir. Amma mənə evlərində olan pulun atasına məxsus olduğunu deyirdi. İstintaq zamanı araşdırma aparılmadı ki, görək Rəşad ev satıbmı, ümumiyyətlə onun Bakıda evi olubmu? Şikayətində Rəşad Yusifov bildirib ki, guya Möhübbət də onun atasını azadlığa çıxaracaqmış. Müstəntiq guya Möhübbət Əhmədovu polisə dəvət edib. Amma polisə gəlmədiyi üçün onun barəsində cinayət işi ayrılıb. Həmçinin müstəntiq yazıb ki, Möhübbət Əhmədovun iki məhkumluğu var. Necə ola bilər ki, iki ödənilməmiş məhkumluğu olan şəxs polisdən yayına bilib? Niyə onun barəsində məcburi gətirilmə qərarı çıxarılmırdı? Amma Möhübbət Əhmədov müstəntiqin bu hərəkətini sübut edə bilmək üçün polis bölməsinə gələn zaman ona verilən buraxılış vərəqəsini özündə saxlayıb. Məhkəmənin diqqətinə çatdırım ki, Rəşad özü mənə dedi ki, Bakı Şəhər Prokurorluğunda Namiq Məmmədov adlı şəxs var. Dedi ki, o, atasının çıxmasına kömək edəcək. O, Namiqə 10 min manatı da verdiyini dedi. Əgər onun atasını mən azad etdirəcəkdimsə, niyə Namiqə də pul verirdi, onunla görüşürdü? Rəşadın Namiqlə görüşü araşdırılmalıdır. Prokurulğa dəvət edilən şəxslərin qeydiyyatı aparılıb. Baxıb, aydınlaşdırmaq olar".

İfadəsinin sonunda Məmmədvəli Cəfərov zərərçəkmiş Rəşad Yusifov barəsində bəzi məlumatları da məhkəmənin diqqətinə çatdırıb: "Qışda mənə müqavilə üçün 500 manat pul verib. Dedi ki, atama 2 min deyərsən. 1500 manatın özünə lazım olduğunu dedi. Rəşad atasının pulunu dağıtdığından bu işdən canını qurtarmaq üçün mənə və Möhübbət Əhmədova böhtan atır. Rəşad bir dəfə məndən və Möhübbətdən 3 min manat borc pul istədi. Dedi ki, qumarda uduzub və "tavan"dadır. Bildirdi ki, pulu verməsə, onu "nakazat" edəcəklər. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə Rəşadın bir dostu ifadə verdi. Guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir. Bunu ona görə deyirəm ki, Rəşadın tüfeyli həyat tərzi sürdüyü üzə çıxısın. Rəşad Yusifov dəri xəstəliyi barədə saxta sənəd alaraq əsgərlikdən yayınıb. Rəşad Yusifov atasının vəzifəsindən sui-istifadə edib və əsgərlikdən yayınıb".

İttihamda göstərilir ki, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov dələduzluq edib. O, Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Cəfərov Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd edib. Bu vədlə ondan 150 min manat pul alıb.

Qeyd edək ki, M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Bildirək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda vəkil kimi çalışır.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar