Xəbər lenti
Əsgərliyə getməyə hazırlaşan gənci ölürən 54 yaşlı Ərəbova ağır cəza verildi

Mübahisə etdiyi gənci küt alətlə vuraraq öldürən 54 yaşlı şəxs hakim qarşısına çıxarılıb.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Ərəstun Ərəbov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.
Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.
Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.
Mərhumun yaxınları isə Ərəstun Ərəbovun içkili olduğunu, həm bir səbəb olmadan Qafar Hüseynovu öldürdüyünü deyir. Yaxınlarının dediyinə görə qətlə yetirilən Qafar Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.musavat.com
Manevr.az
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Azər Həsrət
Rəfail Tağızadə
Xalid KAZIMLI
Tural Vəlizadə
Şahlar ƏSGƏROV
Akəm Xaqan
Nadir İsrafilov
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar