Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azyaşlı qız uşaqlarına hücum edən şəxs hakim qarşısında

Tarix: 14-11-2018 16:27     Baxış: 3177 A- / A+
Azyaşlı qız uşaqlarına hücum edən şəxs hakim qarşısında

Bakıda ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirən, azyaşlı qızlara hücum edən şəxs hakim qarşısına çıxarılıb.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Naxçıvan şəhərində anadan olan Amil Paşayevin bir azyaşlı uşağı da var.

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Amil Paşayev iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində, mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək, seksual xarakterli hərəkətlər edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar