Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü və ailə üzvlərini təhqir edənin başını kəsdi - İçki məclisində qətl

Tarix: 11-05-2018 22:05     Baxış: 4250 A- / A+
Özünü və ailə üzvlərini təhqir edənin başını kəsdi - İçki məclisində qətl

Xaçmaz rayonunda həmkəndlisini öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Gündüz Məhərrəmovun səfil həyat tərzi keçirən həmkəndlisi və uzaq qohumu İlqar Novruzov mütəmadi olaraq onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.

Bundan narazı qalan Gündüz Məhərrəmov 15 oktyabr 2016-cı il tarixdə, saat 20 radələrində İlqar Novruzovun müvəqqəti olaraq məskunlaşdığı Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən meyvə bağlarına gəlib.

Orada İlqar Novruzovun yaşayış üçün istifadə etdiyi sahibsiz tikiliyə baş çəkib. Lakin sonuncunu orada tapmayaraq yaxınlıqda yerləşən Nəriman Həbibova məxsus alma bağının gözətçisi Vahid Kərimovun qaldığı bir mərtəbəli tikiliyə gedib.

Gündüz Məhərrəmov orada da İlqar Novruzovu tapmayaraq geri qayıtmaq istəyib. Bu zaman Gündüz Məhərrəmov meyvə bağlarının arasından keçən cığırda İlqar Novruzovla rastlaşıb.

Gündüz Məhərrəmov aralarında olan narazılığı müzakirə etmək üçün İlqar Novruzovu Vahid Kərimovun qaldığı tikiliyə dəvət edib.

Onlar birlikdə Vahid Kərimovun qaldığı tikiliyə gediblər. Həmin tikilinin eyvanında Vahid Kərimov süfrə açıb, onlar birlikdə yemək süfrəsinin arxasında əyləşiblər, birgə yemək yeyiblər.

Bu zaman İlqar Novruzov spirtli içki qəbul etdikdən sonra Gündüz Məhərrəmovun və onun ailəsinin ünvanına növbəti dəfə nalayiq ifadələr işlədib.

Gündüz Məhərrəmov İlqar Novruzovdan nə üçün onu yenə təhqir etdiyini soruşub. İlqar Novruzov da əcəb etdiyini deyərək, Gündüz Məhərrəmovun yenidən şəxsiyyətini aşağılayan ifadələr işlədib.

Bu zaman Gündüz Məhərrəmov İlqar Novruzova kənara çəkilməsini işarə edib. Onun işarəsi ilə İlqar Novruzov ayağa qalxıb və birlikdə oturduqları yerdən kənara çəkiliblər.

Orada Gündüz Məhərrəmov İlqar Novruzovdan onun barəsində işlətdiyi təhqiramiz ifadələrə görə üzr istəməsini tələb edib.
Lakin İlqar Novruzov üzr istəməyərək əksinə onu nalayiq sözlərlə söyməyə davam edib.

Bu səbəbdən Gündüz Məhərrəmov İlqar Novruzovdan qisas alaraq, onu öldürmək qərarına gəlib.

Gündüz Məhərrəmov özündə olan bıçaqla İlqar Novruzovun boyun və bədənini müxtəlif nahiyələrinə zərbələr vurub. 30 bıçaq xəsarəti alan İlqar Novruzov hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Gündüz Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Məhərrəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Gündüz Məhərrəmov apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Gündüz Məhərrəmovun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada Gündüz Məhərrəmovun şikayəti qismən təmin edilib. Onun cəzası 15 ilə endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işi yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini tələb edib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin edilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar