Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Tarix: 08-05-2018 10:33     Baxış: 2222 A- / A+
Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı


Lənkəran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, bu ilin 19 mart tarixindən itkin düşən şəxs kimi axtarışa verilmiş Lerik sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq Yadulla oğlunun ondan 2 gün əvvəl öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, M.Babayev martın 16-da həyat yoldaşını Masallıya həkimə aparıb. O, daha sonra Lənkərana bacısı oğlunun toyuna gedib və burada yeyib-içib. Sərxoş vəziyyətdə Lənkəranın Sütəmurdov kəndindəki şadlıq evini tərk edən kişi taksi saxlatdırıb və onu kafeyə aparmasını deyib. Taksi sürücüsü onu restorana aparıb. Bu zaman Mirisaq Babayev tək yeyib-içmək istəmədiyini deyib. Sürücü zəng edərək dostu, 44 yaşlı Tələt Dadaşovu məclisə dəvət edib. Onlar birlikdə yeyib-içiblər və bu zaman təsadüfən tanış olduğu şəxslər M.Babayevin cibində 2 min manata pul olduğunu biliblər. Bundan sonra T.Dadaşov ağır dərəcəli sərxoş olan Lerik sakinini özünün Aşağı Nüvədi kəndindəki evinə aparıb. Ailə üzvlərinin evdə olmamasından istifadə edən T.Dadaşov küt alətlə Mirisanın başına zərbələr vuraraq öldürüb. Onun cibindəki pulları götürən Tələt daha sonra zirzəmidə qəbir qazaraq meyiti basdırıb.

Artıq M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar