Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlılar atəşə tutuldu: ÖLƏN VAR

Tarix: 19-01-2018 09:04     Baxış: 4233 A- / A+
Rusiyada azərbaycanlılar atəşə tutuldu: ÖLƏN VAR


Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb.

Manevr.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib.

Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. "Russki çay" kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib. Çeçen və Azərbaycan əsilli iki qardaş odlu silah və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların koma vəziyyətində olduqları bildirilir. Qarşı tərəf avtomobilə minərək ərazidən uzaqlaşıb. Şəhərdə "Ələkeçirmə" planı elan edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qətl, iki və daha artıq şəxsi öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar