Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uşaqları qorxudan maskalı oğrular ələ keçdi

Tarix: 06-10-2017 17:43     Baxış: 3316 A- / A+
Azərbaycanda uşaqları qorxudan maskalı oğrular ələ keçdi

DİN Şəmkirdəki quldurluq hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, oktyabrın 4-də DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10 000 rubl (295 manat) pul aparıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədənlər müəyyən edilib və Zəyəm Cırdaxan kənd sakini İlkin Babayev və əvvəllər məhkum olunmuş Toğrul Babayev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Tutarlı dəlillər qarşısında həmin şəxslər bu əməli tamah məqsədi ilə törətdiklərini və əldə etdikləri pulu aralarında böldüklərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. istipress


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar