Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Məni ağladan hadisə" -Məmməd NAMAZ

Tarix: 24-03-2017 13:43     Baxış: 3392 A- / A+
"Məni ağladan hadisə"
Bir yazımda “7 oğul istərəm, bircə dənə qız gəlin” ifadəsinə iradımı bildirmişdim ki, Allah bu arzumu yerinə yetirsə bəs qalan 6 oğlan evlənməyə qızı hardan tapacaq?!

Bu iradıma bir ədəbi məclisdə bir alimçik mənə irad tutub dedi ki, bəs müharibə gedən ölkədə oğlan uşaqları çox doğulmamalıdır?

Əcaba: bu gələcək döyüşçüləri bəs kimlər doğacaq? Bəlkə oğlanlar doğacaq?!

MƏNİ AĞLADAN HADİSƏ:

Bir alimdən eşitdim ki, Şah İsmayıl Xətai I Sultan Səlimlə Çaldıran döyüşündə ağır itgilər verir. Ölən əsgərləri dəfn edərkən baxıb gördülər ki... (Analar diqqətli olun!) döyüşüb ölənlərin şoxu kişi paltarı geyinmiş uzun hörüklü qadınlardı...

Bax bunu yazarken göz yaşlarım vərəqə süzüldü...

Özünüz nəticə çıxarın...

***

PAPAQATDI

Bəzi "alimlər" televiziyada və bəzi mətbu orqanlarda ağızları köpüklənə-köpüklənə yazırlar ki, bəs, Novruz bayramı axşamları qapılara Papaq atmaq düzgün deyil. Zira, papaq namus deməkdir, nə bilim daha nə... və məsləhət görürlər ki, qapılara papaq yox, yaylıq, torba, xurcun və nə bilim nələr atsınlar...

Ay "alimlər!"

Papağı Novruzun qədəmlərinə atırlar, Novruz payına atırlar, Novruz nemətlərinə atırlar. Axura ki atmırlar. Müqəddəs nemətlərə atırlar Papağı, Ruziyə atırlar.

Qaldı Papağı Novruz əlaməti bilən "alimlər": o qədər qiymətli papaqlı kişilərin övladları İstanbuldan vurub Dubaydan çıxırlar...

Belə "alimlərə" deyirəm ki, xalq deyimlərinə ehtiyatla yanaşsınlar və öz papaqlarını qorusunlar. “papaqatdı” ifadəsi ilə işləri olmasın...

Məmməd Namaz,
tanınmış uşaq şairi


P.S. xahiş edirəm fikirlərinizi mənimlə paylaşın: bəlkə haqsızam...

Tel: (051) 889-73-04

24.03.2017

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar