Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və...

Tarix: 18-03-2017 09:24     Baxış: 4490 A- / A+
Qarabağın həll yolu hazırdır:


Rusiya və Fransa bundan əvvəl illeqal şəkildə gizli formada əməkdaşlıq edirdi. İndi isə bu əməkdaşlıq su üzünə çıxıb.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq diqqətə çatdırıb ki, Paris və Kreml hazırda xalqların öz müqqədaratını təyinetmə hüququnu ön plana çıxarmaq istəyir və bu, səbəbsiz deyil:

“Olland Sərkisyanla görüşündə açıq şəkildə bildirdi ki, status məsələsi nizamlama prosesində ön plana keçməlidir. Düzdür, Azərbaycan prezidentinin Fransaya səfərindən sonra Paris bunu təkzib etdi. Ancaq belə görünür ki, Parislə Moskva arasında problemin həllinə dair oxşar mövqe formalaşıb. Bu isə İrəvanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan işə qarışdıqda bu dövlətlər dərhal müxtəlif diplomatik manevrlərə əl atırlar. Rusiyadan fərqli olaraq, Paris siyasətini daha açıq ifadə edir. Paris və Moskva hazırda sakitləşdirici bəyanatlarla prosesə dinamika vermək istəsələr də, söhbət heç də məsələnin həllindən getmir”.

Politoloq vurğulayıb ki, illərdir davam edən danışıqlar fonunda tərəflər demək olar ki, mübahisəli məsələlərin az qala 90 faizini razılaşdırıblar:

“Yeganə həll edilməmiş iki məsələ - Dağlıq Qarabağın statusu və ətraf rayonların qaytarılması tarixi və mexanizmidir. İndi problemin həllinin sona yaxınlaşdığı bir məqamda Fransa və Rusiyanın hər şeyi sıfırdan başlamaq cəhdləri diqqətdən yayınmır. Azərbaycan prezidenti Parisdən verdiyi bəyanatlarla nəinki bütün bunların, hətta BMT-nin 4 qətnaməsini dəfn etmək cəhdlərinin qarşısına sipər çəkdi. Beləliklə də Azərbaycan məsələnin nizamlanmasına dair tutduğu mövqedən geri çəkilməyəcəyini prinsipial şəkildə ortaya qoydu”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar