Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Alim Qasımov muğamlarımız haqqında: - "Muğam bizimdir, sizindir ola bilməz"

Tarix: 16-03-2017 11:14     Baxış: 4535 A- / A+
Alim Qasımov muğamlarımız haqqında:


Xalq artisti Alim Qasımov martın 9-10-da Tehranda Homay Pərvaz adlı şəxslə verdiyi konsertdən sonra yaranmış narazılıqdan danışıb.

Sənətkar ölkə.az-a bildirib ki, birgə konsert verdiyi şəxsi tanımasa da, sənətini bəyənir:

"Güneydəki soydaşlarımız da konsertə gəlməli, Azərbaycan musiqisini eşitməlidirlər. Homay Pərvaz kimdir, nə səviyyədədir, bilmirəm. Amma çalışqan uşaqdır, sözləri yazır, bəstəkarlıq edir. Sənətini də bəyənirəm. Özünə məxsus yolu var, enerjili adamdır".

Konsertin afişasında "İki divanənin cəncəli" yazılmasına güneyli soydaşlarımızın "iki divanənin yox, bir təlxəklə bir divanənin konserti" formasında reaksiyasına isə xalq artisti belə münasibət bildirib:

"Divanə öz sənətinin aşiqi deməkdir. Burada məsələyə hansı yöndən baxmaq önəmlidir. Paxıllıqla baxırsansa, təlxək kimi görürsən, humanist baxırsansa başqa məsələdir".

Alim Qasımov Homay Pərvazın "muğam farslarındır, azərbaycanlılar onu öz ləhcələrində oxuyurlar" ifadəsinə isə belə reaksiya verib:

"Elə söz eşitməmişəm. Əgər eşitsəydim, orada cavabını verərdim. Muğam bizimdir, sizindir ola bilməz. Muğam Şərqindir, hərə də öz dilində oxuyur".

Xatırladaq ki, martın 9-10-da Tehranda keçirilmiş konsert İranda yaşayan azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar moderator.az-a açıqlamalarında bildiriblər ki, Homay Pərvaz sənəti olmayan və yüksək maliyyə imkanlarına sahib şəxsdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar