Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib -FOTOLAR

Tarix: 13-03-2017 11:54     Baxış: 3699 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib


Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon nümayəndələrinin zona müşavirəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Lİderimizin büstünü ziyarət edib, mərkəzlə yaxından tanışlıq olublar.

Müşavirəni Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətşisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov açaraq rayon İcra Hakimiyyəti Başçısı adından qonaqları və müşavirə iştirakçılarını salamlayıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında» ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamının icrasının təmin edilməsi, maliyyə, kadr islahatı, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması ilə əlaqədar geniş məlumat verib. İdarə rəisi həmçinin, klub müəssisələrində aparılacaq yoxlamalar, Novruz bayramının təşkili və bir sıra cari məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətşisi və Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasovun 60 yaşı münasibətilə təbrik edən Mehman Şükürov yubilyarı Fəxri Fərmanla təltif edib, xoş arzularını çatdırıb. İdarə rəisi həmçinin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa şəhər MKS-nin müdiri Gülsurə Abbasovanı fəxri ad alması münasibətilə də təbrik edib.

Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçiləri Zahid Abbasov, İlham Manafov, Möhsün Bağırov çıxış edərək aşkar olunan problemlərin aradan qaldırılacağınlı, verilən tapşırıq və tövsiyələrə əməl olunacağını bildiriblər.

Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşlarını qəbul edərək onlarla təkbətək görüşən Mehman Şükürov onların təklif və müraciətlərini dinləyib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi zona müşavirəsi keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar