Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyan “qaşındı” və cavabını aldı – 5 düşmən əsgəri məhv edildi

Tarix: 13-03-2017 09:23     Baxış: 6525 A- / A+
Sərkisyan “qaşındı” və cavabını aldı


Qarabağda qana-qan: əsgərimizin qisası yerdə qalmadı; Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə endirilən artilleriya atəşi nəticəsində düşmən ağır itkilər verib"; Ekspert: "Ordumuzun qarşısında iki eşalon qalıb....Xankəndinə yol açılır”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakı səfərinin ardınca Qarabağ cəbhəsində vəziyyət yenidən kritikləşib. İşğalçı ordunun Azərbaycan ərazisindəki bölmələrinin açdığı atəş nəticəsində martın 11-də ordumuzun bir əsgəri şəhid olub.

Azərbaycan Silahlı Qüvvələri isə düşmənin hərəkətini cavabsız qoymayıb və ona sarsıdıcı zərbələr endirib. Müdafiə Nazirliyinin martın 12-də yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə endirilən artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.

Ermənistan ordusunun son günlər yenidən Tərtər istiqamətində xüsusilə fəallaşması “niyə məhz Tərtər” sualını ortaya çıxarır. Çünki ötən ilin aprelində də erməni qüvvələrinin hücum etdiyi əsas iki istiqamətdən biri Tərtər zonası idi və burada burunları ovuldu, üstəlik, Talış istiqamətindəki yüksəkliklər ordumuzun nəzarətinə keçdi.

Xatırladaq ki, ermənilər I Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Keçmiş döyüşçülərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar ki, 45-50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi. Bu ərazi həm də 2010-cu ilin 19 iyulunda rayonun Çaylı kəndi uğrunda gedən döyüşlərdə düşmənə qan uddurmuş Mübariz İbrahimova görə ermənilər üçün unudulmazdır.

Sərkisyan “qaşındı” və cavabını aldı


Hərbi ekspert Azad İsazadə Tərtər bölgəsinin Azərbaycan üçün mühüm strateji əhəmiyyətə malik olmasından danışarkən tarixə qısa ekskurs etdi:
“Həm 1918-ci, həm də 1992-ci ildə Azərbaycan ordusu Qarabağı erməni işğalçılarından azad etmək üçün hücuma keçəndə Tərtər-Ağdərə zonasından Qarabağa daxil olmuşdu. Bura əraziləri azad etməkdən ötrü ən əlverişli istiqamətdir. Sözsüz ki, həm də strateji baxımdan əlverişlidir. İlk növbədə şimali Qarabağ istiqamətindəki yaxın yüksəklikləri götürsək, bundan sonra qarşıda artıq Xankəndini qoruyan yüksəkliklər qalacaq. Deməli, hazırda Azərbaycan ordusunun qarşısında iki eşalon qalıb, növbəti eşalondan sonra Xankəndinə yol açılır”.
Hərbi ekspertin dediklərindən anlaşılan budur ki, ermənilərin Tərtər qorxusu əsassız deyil. Yəni düşmən bu istiqaməti “zərərsizləşdirmək”lə həm yüksəklikləri ələ keçirib digər ərazilərimizə iddia ortaya qoymaq, danışıqlarda diktə etmək istəyirlərsə, həm də Azərbaycan ordusunun ildırımsürətli hücumundan ehtiyatlandığı üçün narahatdır.

A.İsazadə yaxın 1-2 ay ərzində periodik döyüşlərin yenidən qaynar müstəviyə keçəcəyinə şübhə etmir:
“Sözsüz ki, döyüşlər bütün cəbhə zonasını əhatə edəcək. Mart-aprel aylarındakı canlanmada iqlim də rol oynayır, qar əriyir və hər iki tərəf öz mövqelərini yüksəkliklərə çəkmək istəyir. Ancaq eyni zamanda Ermənistandakı aprel seçkilərinin də təmas xəttindəki vəziyyətə təsiri olacaq. Ermənistan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirəcək. Yadınızdadırsa, İrəvanda prezident seçkilərinə qarşı etirazlar başlayanda Qarabağdakı hərbi qüvvələr təmas xətti boyunca hücuma keçmişdi. İstənilən halda Azərbaycan bu fürsətdən istifadə edə, düşmənə sarsıdıcı zərbə endirə bilər. Ermənilər bizə qarşı təxribatlara əl atmaqla əslində fürsət yaradırlar. O mənada Azərbaycan ordusu istənilən an torpaqları işğaldan azad etmək üçün hücuma keçə bilər”.

Bu arada Ermənistanın işğalı altındakı Talış kəndinin sakinlərinin zorla kəndə qayıtmağa məcbur edildiyi xəbəri yayılıb. Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ildə 120 ailənin yaşadığı kənd aprel döyüşlərindən sonra tamamilə boşaldılmışdı. Azərbaycan ordusunun azad etdiyi strateji yüksəklik kəndi tamamilə nəzarət altında saxlamağa imkan verdiyi üçün sakinlər daha kəndə dönmək istəmir. Kəndin icra nümayəndəsi Bilen Petrosyan Talışda əkilən torpaqların 80%-nin Azərbaycan ordusunun mövqelərindən göründüyünü deyib. Fred Apresyan isə daha yaşamaq üçün Talış kəndinə qayıtmaq istəmədiyini deyib. Göründüyü kimi, Ermənistan rəhbərliyi mülki əhalini Azərbaycan əsgərinin nişangahına çevirməklə əlavə xal qazanmaq, həm də əhalinin dalında gizlənib mövqelərimizi atəşə tutmaq istəyir. İrəvan ötən ilin aprelində naməlum səbəbdən ölmüş 3 erməni ilə bağlı hətta Azərbaycanı Avropa Məhkəməsinə də verib. Ermənistan Talışın erməni əhalisini kəndə qaytarmaqla həm də Cocuq Mərcanlı qayıdışına “cavab” vermək, dirəniş göstərmək istəyir.

Bütün bu gərginliyin həmsədrlərin səfərindən dərhal sonra baş verməsi də suallar yaradır. Digər tərəfdən, təəssüf doğuran hal budur ki, Minsk Qrupunun həmsədrləri Azərbaycanda olarkən nə fevralın 24-25-də, nə ondan sonrakı təxribat-diversiya hərəkətlərinə görə Ermənistanı qınayacaq mövqe ortaya qoymadı. Tərəflərə eyni mövqedən yanaşılmasının məntiqi nəticəsidir ki, İrəvan həyasızcasına Azərbaycanı “atəşkəsi pozmaqda” ittiham edir. Həmsədrlər heç olmasa Xankəndinə qanunsuz səfər etdiyinə görə Ermənistan XİN başçısı Edvard Nalbəndyanı tənbeh etmək istəmədilər.

Separatçı Bako Saakyanla görüşüb ondan orden alan, üstəlik “ilin sonuna qədər Dağlıq Qarabağın müstəqilliyini bir dövlət tanıyacaq” deyə, sərsəm bəyanat verən Ermənistan XİN başçısı ilə bundan sonra danışıqlar aparmağın mənasız olduğunu rəsmi Bakı çox yaxşı bilir. Ancaq Minsk Qrupu bütün bunların üstündən keçərək İrəvana səfərə hazırlıq görür.

Sərkisyan “qaşındı” və cavabını aldı


Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano isə “Amerikanın səsi”inə müsahibəsində maraqlı fikirlər deyib:
“Birmənalıdır ki, prezident Tramp Rusiya ilə münasibətləri qaydaya salmaq istərdi. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi buna imkan yarada bilər, imkan verər ki, Rusiya və ABŞ birlikdə effektiv işləyər”. Kerri Kavano etiraf edib ki, Qarabağ müharibəsinin yenidən başlamayacağı məsələsində optimist deyil. Onun fikrincə, nə qədər ki, real sülh prosesi mövcud deyil, Qarabağda müharibə təhdidi qalacaq.

Keçmiş həmsədr hesab edir ki, təmas xətti boyu atəşkəsin kimin tərəfindən pozulduğunu müəyyən etmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair erməni tərəfinin təşəbbüsünü dəstəkləmək (?-E.P.) lazımdır:
“Mən əvvəl buna qarşı idim, lakin indi atışmaların daha intensiv xarakter aldığı bir vaxtda belə qurğular çox qiymətli ola bilərdi. İmkan verərdi ki, beynəlxalq vasitəçilər atəşkəsi birinci hansı tərəfin pozduğunu müəyyən etsin”, -Kerri Kavano bildirib (Virtualaz.org).


Təmas xəttində atəşkəsi izləmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair təşəbbüs ötən ilin aprel savaşından sonra Amerikadakı erməni dairələri tərəfindən qaldırılmışdı. Hətta Dövlət Departamentinin də dəstəklədiyi bu təşəbbüsə Azərbaycan “yox” demişdi. Çünki bununla razılaşmaq torpaqların ilhaqına qol çəkmək demək olardı. Göründüyü kimi, ABŞ ərazilərin işğaldan azad olunması tələbini qoymur, əksinə, işğalı uzadacaq, bəlkə də daimi edəcək “yeniliklər”in tətbiqinə çalışır. Bütün bunlar isə müharibə riskini qaçılmaz edir.“Yeni Müsavat”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar