Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moskva və İrəvan istəyir ki, Qarabağ... - ŞƏRH

Tarix: 08-03-2017 09:50     Baxış: 5469 A- / A+
Moskva və İrəvan istəyir ki, Qarabağ...


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyində hələ də dəyişiklik yoxdur.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskva görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi vurğulayıb ki, bu görüşdə də ortaq məxrəcə gəlinmədi, sadəcə, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olundu:

“Moskva görüşünün Qarabağ münaqişəsinin həllinə heç bir təsiri olmadı. Çünki Rusiyanın mövqeyində hələ də dəyişiklik yoxdur. Bu, həmin Lavrovdur ki, bir ay öncə Qarabağın Azərbaycanın daxili işi olmadığını və rayonların boşladılmasının status müzakirələri ilə paralel aparılmasını irəli sürmüşdü. Bu da birbaşa Ermənistanın mövqeyi ilə üst-üstə düşür. Məmmədyarov da görüşdə bildirdi ki, ziddiyyət ortadan qaldırılmayıb. Ziddiyət isə bəllidir. Azərbaycan ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını tələb edir, Ermənistan isə əvvəl statusu müəyyənləşdirəcək referendum tarixinin sənəddə əks olunmasını istəyir. Rusiya bu ziddiyəti ortadan qaldırmır, mərhələli həll planının işə düşməsi üçün Ermənistana heç bir təzyiq etmir”.

Moskva görüşündə cəbhədəki gərginliyin müzakirəsinə gəlincə, politoloq bunu istisna etməyib:

“Çünki Rusiya cəbhədəki vəziyyətdən narahatdır və atəşkəsin qorunmasını istəyir. Ermənistan nəyi işğal etmək mümkündürsə, edib və status-kvonun davamını istəyir. Ancaq bu, Azərbaycanın maraqlarına ziddir, gec-tez Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Rusiya isə bu istiamətdə heç bir addım atmır. Ona görə də bu məsələdə ziddiyət qalır”.

Qeyd edək ki, Moskvada Rusiya və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar