Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda irimiqyaslı müharibə başlasa... - ŞƏRH

Tarix: 07-03-2017 09:03     Baxış: 5510 A- / A+
Qarabağda irimiqyaslı müharibə başlasa...



Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır:

“Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır. ATƏT-in Minsk Qrupu həmsədrləri, o cümlədən Rusiya məsələ ilə bağlı daha çox kosmetik işlər görürlər və əsas məqsədləri cəbhə xəttində nəzarət rejimini gücləndirməkdir. Guya bu cəhdlər nisbi sakitliyi bərqərar edəcək. Ancaq real vəziyyət onu deməyə imkan verir ki, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır. Siyasi zəmin ondan ibarətdir ki, Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmalı və qaçqınlar geri qayıtmalıdır. Təəssüf ki, bununla bağlı işlər görülmür. Ona görə də belə vəziyyətdə Qarabağ ətrafında yeni siyasi proseslərin yaranmasını gözləmək çətin olur”.

Politoloq hesab edir ki, gərginlik yaxın vaxtlarda daha da artacaq:

“Ermənistan hakim dairələri müxtəlif yolla region iştirakçılarını da hədələyirlər. İrəvanın şantajlarına baxmayaraq, irimiqyaslı müharibə başlasa, Ermənistan daxili iqtisadiyyatı iflic olacaq. Erməni cəmiyyətinin az qala hər həftə onlarla tabut qəbul etdiyi bir vaxtda, hesab edirəm ki, müharibə İrəvan üçün ən pis ssenaridir və bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar