Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkidə qeyri-adi ixtira: Şəbəkə ustası kamança düzəltdi - VİDEO

Tarix: 06-03-2017 21:16     Baxış: 7618 A- / A+
Şəkidə qeyri-adi ixtira:


Şəbəkə və kamança. Bu iki sənət növünün bir-birinə heç bir uyğunluğu yoxdur. Ancaq, daim yeniliklərlə çıxış edən Şəkinin şəbəkə ustaları şəbəkədən kamança hazırlayıblar.

ARB Şəki xəbər verir ki, sənətkar bu yeniliyin davamının da gələcəyini, hətta trio hazırlayacağını da bildirib.

Hələ 15 yaşında olarkən bu sənətə ömrünü bağlayan Hüseyn usta hər zaman yeniliklər axtarışında olduğunu deyir. Elə məhz bu axtarışlar şəbəkədən kamançanın yaradılmasına səbəb olub. Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra sənətkarda belə bir ideya yaranıb.

Hüseyn Hacımustafazadə - Şəbəkə ustası: "Kamançanın çanaq hissəsini Parisdə hazırlamışdım. Oradakı yerli sakinlər və qonaqlar bunu canlı olaraq gördülər. Bu çanağın kamançada istifadə edilməsi ideyasıda elə orda gəldi".

Kamançanın hazırlanmasına iki ay vaxt sərf edən usta hissələri yapışqan və mismardan istifadə olunmadan, özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Bununla da qədim musiqi alətimizə yeni bir forma, gözəllik verib. Kamançanın çanaq hissəsini istənilən vaxt sökmək və yenidən yığmaq mümkündür.

Hüseyn Hacımustafazadə - Şəbəkə ustası: "Kamançanın hazırlanması üçün 600-dən artıq detal hissə və rəngli şüşədən istifadə edilib. Hər bir hissənin hazırlanması üçün 8, 12 dəfə əməliyyat gedir. Bu iş prosesi 6 min əməliyyat deməkdir".

Hüseyn ustanın musiqi alətləri düzəltmək sahəsində təcrübəsi olmadığı üçün kamançanın digər hissələrinin hazırlanmasında o peşəkar tar ustasının köməyindən istifadə edib.

Hüseyn usta hazırda tar və dəfin hazırlanması üzərində iş aparır. Bunun üçün gündə azı 8-9 saat vaxt sərf edir. Onlar da hazır olduqdan sonra Azərbaycanın muğam üçlüyü tamamlanmış olacaq. Məqsəd qədim musiqi alətlərimizi təbliğ etmək, Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarında sərgiləməkdir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar