Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Sumqayıt hadisələri ilə bağlı tədbirlər keçirib

Tarix: 28-02-2017 16:25     Baxış: 3623 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi  Sumqayıt hadisələri ilə bağlı tədbirlər keçirib


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1988-ci il 28-29 fevral Sumqayıt hadisələrinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə kitabxcananın direktoru Yeganə Əhmədova açaraq Sumqayıt hadisələri, erməni məkri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi və şəhərimizin üzərindən bu qara ləkənin götürülməsi hər bir sumqayıtlının arzusudur.

Tədbirin sonunda oxuculara Sumqayıt hadisələrini əks etdirən kitab sərgisi haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi  Sumqayıt hadisələri ilə bağlı tədbirlər keçirib


S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsində də Sumqayıt hadisələri haqqında balaca oxucular məlumatlandırılıb.

Tədbiri şöbənin müdiri Yeganə Hüseynova açaraq Sumqayıt hadisələrinin kökü, səbəbiəri, təşkilatçıları haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd erməni məkri, erməni xislətinin iş üzünü indiki nəslə göstərmək, düşmənlərimizi onlara tanıtmaqdır.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi  Sumqayıt hadisələri ilə bağlı tədbirlər keçirib


Hər il olduğu kimi bu il də Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt 28-29 fevral 1988” adlı sərgi tərtib olunub. Sərgidə 1988-ci ilin fevralında erməni terrorçularının təşkilatçılığı ilə törədilən və Azərbaycanın ən yeni tarixinə “Sumqayıt hadisələri” adı ilə düşən tarixi əks etdirən fotoşəkillər, faktlar və sənədlər əsasında ayrı-ayrı illərdə çap olunan kitablar, qəzet materialları, fövqəladə vəziyyət zamanı istifadə olunmuş müraciət, icazə vərəqləri və fotoalbomlar nümayiş etdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar