Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu, vandalizmdir, barbarlıqdır” - Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini kəskin pislədi

Tarix: 28-02-2017 09:26     Baxış: 5471 A- / A+
“Bu, vandalizmdir, barbarlıqdır”


Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib. Professor Paşayeva haqqin.az-a açıqlamasında bunları deyib: “Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

“Bu, vandalizmdir, barbarlıqdır”

Xatırladaq ki, “Azəravtoyol” ASC heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən söküb. Nazir Əbülfəz Qarayevin bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar