Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəticədə Azərbaycan Qarabağı qaytaracaq - sabiq erməni nazir

Tarix: 27-02-2017 12:05     Baxış: 5502 A- / A+
Nəticədə Azərbaycan Qarabağı qaytaracaq


Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə qorxuya salıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan ictimaiyyəti ikinci Aprel şokunu yaşamaq istəmir və buna görə də Sərkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən narahatdırlar.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər: “Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq”.

V.Arutyunyan Azərbaycanın Ermənistana blokada siyasətinə diqqət çəkib və bunun pis nəticələri haqda xəbərdarlıq edib:

“Rəsmi Bakının blokada siyasəti Ermənistanın gələcəyi üçün yaxşı deyil. Çünki bu siyasətə görə iqtisadiyyat pis durumdadır və nəticə olaraq, ermənilər Qarabağı, eləcə də Ermənistanı tərk edirlər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onlar Qarabağa, Zəngəzura, İrəvana sülh yolu ilə qayıdacaqlar. Bu, məhz ondan xəbər verir ki, ermənilər ölkəni tərk edir, nəticədə, Azərbaycan Qarabağı da, digər əraziləri də müharibə olmadan qaytarır”.

Erməni politoloq Stepan Qriqoryan Qarabağda üçüncü müharibənin başlayacağını bildirib.

Onun fikrincə, Qarabağ münaqişəsi “dondurulmayıb”:

“Cəbhədə baş verənlər münaqişənin “dondurulmadığını” göstərir və nəticədə, beynəlxalq cəmiyyət razılaşdı ki, status-kvo yolverilməzdir, münaqişə həll edilməlidir. Burada erməni diplomatiyasının məğlubiyyətini açıq-aydın görürük. Diplomatiya hadisələrə adekvat reaksiya verə bilmir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar