Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhədəki döyüşlərlə bağlı daha bir BƏYANAT

Tarix: 26-02-2017 15:04     Baxış: 4423 A- / A+
Cəbhədəki döyüşlərlə bağlı daha bir BƏYANAT

Ermənistan-Azərbaycan Sülh Platformasının qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan Sülh Platforması 24-25 fevral tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığını bildirir, insan itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçirir.

Bəyanatda vurğulanır ki, 25 ildən artıq uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin, döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı Ermənistan-Azərbaycan Sülh Platformasını dərindən üzür: “Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha sübut edir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə və hər iki xalqın dialoqu ilə mümkün olduğuna inanırıq. Bu səbəbdən də tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, itkilərə son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni tezliklə həll etməyə səsləyirik. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırırıq”apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar