Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib -FOTOLAR

Tarix: 23-02-2017 19:55     Baxış: 2605 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib



Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Şuşa rayon nümayəndəliyində zona müşavirəsi keçirilib.


Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Manevr.az xəbər verir ki, klub, kitabxana, muzey və rəsm qalereyası işçilərinin iştirakı ilə keçirilən müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, davamiyyətin zəifliyi, nizam-intizam qaydalarına riayət, inventarizasiya məsələləri, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, tədbirlərin müntəzəm olaraq keçirilməsi, mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, səmərəli fəaliyyət göstərmiş mədəniyyət işçilərinin fəxri adlarla təltif edilməsi barədə geniş məlumat verən idarə rəisi öz irad və təkliflərini də bildirib.

Xüsusilə, kitabxanaların fəaliyyətinə toxunan idarə rəisi bildirib ki, kitabxanalar həm də tərbiyə ocağıdır. Orada keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Əgər biz “Şüşa Azərbaycanın mədəniyyət beşiyidir” deyiriksə, mədəniyyətə olan sevgi məhz Şuşanın mədəniyyət ocaqlarından qaynaqlanmalıdır.

Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, Şüşa rayon MKS-nin direktoru Güsarə Ağayeva, MİHİ Şuşa rayon Komitəsinin sədri Yaşar İbrahimov çıxış edərək Şuşa rayon mədəniyyət işçilərinin fəaliyyəti, görülən işlər və perespektiv planlar haqqında məlumat verib, nöqsanların aradan qaldırılacağını, işin günün tələbləri səviyyəsində quracaqlarını bildiriblər.

Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin rəisi Mehman Şükürov müşavirə iştirakçıları ilə görüşüb, səmimi söhbət edib.


Manevr.az

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin zona müşavirəsi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar