Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“ABŞ səfiri Robert Sekuta erməni təcavüzünü dəstəklədi” - DEPUTATDAN BƏYANAT

Tarix: 15-02-2017 19:54     Baxış: 5335 A- / A+
“ABŞ səfiri Robert Sekuta erməni təcavüzünü dəstəklədi”


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik korpusun digər üzvləri ilə birlikdə ötənilki hərbi əməliyyatlar nəticəsində azad edilmiş torpaqlara səfərdən imtina etməsi regionda erməni təcavüzünü dəstəkləmək deməkdir. Bunu virtualaz.org-a Milli Məxclisin deputatı Fazil Qəzənfəroğlu deyib.

“Hər bir diplomat öz ölkəsinin siyasətinin daşıyıcısıdır. Hərgah, Amerika səfiri bu və ya digər şəkildə Azərbaycan torpaqlarını işğal etmiş ölkəyə dəstəyini nümayiş etdirib, deməli, ABŞ rəhbərliyində də bu məsələyə belə yanaşılır. Əgər Robert Sekuta Yerevanın xətrinə dəyməkdən bu cür qorxub azad edilmiş torpaqlara səfər etmirsə, ən azı Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirə bilərdi. Beynəlxalq səviyyədə normalara uyğun hal odur ki, hər hansı ölkədə akkreditasiya olunmuş diplomat həmin ölkənin suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Bu səfər ABŞ-ın siyasi əxlaqının bir sınağı oldu və Vaşinqtonun Qarabağ münaqişəsində və Azərbaycanın ərazi bütövlüyü məsələsində ikiüzlülüyünü üzə çıxardı”, - deputat deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar