Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Fransa nə zaman Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutub ki..."

Tarix: 13-02-2017 10:47     Baxış: 6429 A- / A+
"Fransa nə zaman Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutub ki..."


"Bir turist təşkilatına çevrilmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ciddi heç bir şey gözləməyə dəyməz"

Manevr.az xəbər veriri ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Fransa prezidenti F. Ollandın Qarabağ münaqişəsinin həlli bağlı açıqladığı fikirlərə münasibət bildirərkən deyib.


Deputat bildirib: "Fransa prezidenti Ollandın Fransada yaşayan erməni diasporu ilə bağlı söylədiklərini geniş müzakirəyə çıxaran dostlar, Fransa nə zaman Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutub ki, indi də Ollanddan ədalətli mövqe gözləyək.

Fransa hər zaman Ermənistanı müdafiə edib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür amma bu günə qədər Ermənistana bu təşkilatın qəbul etdiiyi 4 qətnamənin yerinə yetirilməsi istiqamətində heç bir təsir və təzyiq etməyib. 1 milyon azərbaycanlı köçkün 20 ildən artıqdır ki öz evinə dönə bilmir və onların fundamental insan haqları işğalçı Ermənistan tərəfindən pozulmaqda davam edir, Ermənistan hələ də işğalı davam etdirir, amma Qarabağ probleminin həlli istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri kimi bu günə qədər rəsmi İrəvana azərbaycanlı köçkünlərin öz evinə qayıda bilməsi istiqamətində heç bir təzyiq göstərməyib.

Fransa və Olland hər zaman qondarma erməni soyqırımı yalanlarını dəstəkləyib, amma Xocalı Soyqırımı barədə danışmaq belə istəmirlər. Fransa da digər həmsədrlər də heç zaman ədaləti dəstəkləməyəcəklər. Ona görə də dövlət və millət olaraq gücümüzü, birliyimizi daha da gücləndirərək torpaqlarımızı biz özümüz işğaldan azad etməliyik və inşallah azad edəcəyik və Ollandların fikri də bizim üçün önəmli deyil və olmamalıdır.

Cənab Prezident, Ali Baş Komandan bunu çox açıq və birmənalı şəkildə ifadə edib. Azərbaycan torpaqlarında ikinci erməni dovlətinin yaranmasına heç bir zaman imkan verməyəcək və biz torpaqlarımızı işğaldan azad edəcəyik.Və hamımız bu amal üçün çalışmalıyıq. Bir turist təşkilatına çevrilmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ciddi heç bir şey gözləməyə dəyməz".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar