Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Onların öpüşməyinə baxanlar guya qeyrətimi çəkirlər?"

Tarix: 05-02-2017 19:56     Baxış: 5363 A- / A+
"Onların öpüşməyinə baxanlar guya qeyrətimi çəkirlər?"

Rejissor Kənan M.M. yeni çəkilən yerli filmlərin tənqid olunmasına münasibət bildirib.

Musavat.com saytına açıqlama verən rejissor bildirib ki, yerli filmləri tənqid etmək doğru deyil: "Bu yaxınlarda "3 badam, 1 qoz" filmini sosial şəbəkədə paylaşıb, dəstək oldum. Bununla əlaqədar daha sonra tənqid olundum. Hamı dedi ki, bu, nə filmdir, camaatın zövqünü korlayırsınız. İnsanların zövqü, onsuz da, bu kinolara kimi korlanıb. Yaxşı film başqa, çox izlənən film isə başqadır. Hollivuddan bura filmlər gəlir. 2-3 gün izlənir, sonra nümayişi dayandırılır. Amma heç kim o filmin pis olduğunu deyə bilməz. Sadəcə onun tamaşaçısı yoxdur. O, kinonun yox, bizim problemimizdir.

Rövşən İsaxın "Aktrisa" filmi çox gözəl filmdir, hamı izləməlidir. Qürurverici haldır ki, Kann Festivalında iştirak edib. Əsas deyil ki, mükafat alsın. Əsas odur ki, oraya kimi gedib çıxıb. Məni üzən hadisələrdən biri o oldu ki, Azərbaycan tamaşaçısı, rejissoru üstünlüyü komediyaya veriblər. Çünki pul oradadır. Kino isə onda deyil. Bu günə kimi ən çox sevdiyim film "Oğlan evi-1" olub, ən çox güldüyüm isə "3 badam, 1 qoz" olub. Deyə bilmərəm ki, "3 badam, 1 qoz" peşəkar çəkilib. Bu, adıma zidd olar. Amma aktyor oyunu çox gözəldir, o filmdə istedadlı uşaqlar rol alıblar. Mənim yaralı yerim budur ki, insanlar drama da baxsınlar. Əgər bunu bacarırıqsa, o birini də bacarmalıyıq.

"Gecə qonağı-2"ni çəkmişəm, göstərməyə qorxuram. Özümə söz vermişəm ki, 2 il ərzində "Youtube"da heç bir şərhi oxumayacağam. Bundan əvvəlki şərhləri oxudum. Bir tərəfdən sevindim, bir tərəfdən üzüldüm. Sevinirəm ki, deyirlər, bunu bizimkilər çəkiblər? Üzülürəm ki, bizim çəkdiyimizə inanmırlar. Bunu lift ustası, "KamAZ" sürücü çəkməyib. Bunu rejissor çəkib, normalda da belə olur. İnanıram, düzələr, bilmirəm, o günü görəcəyəm, yoxsa yox".

Rejissor qalmaqala səbəb olan, uzun müddət tənqidlərə məruz qaldığı "Gecə qonağı" filminin ikinci hissəsindən də bəhs edib: "Gecə qonağı" filminə görə tənqid olundum. Mənim həyat fəlsəfəm başqadır. Əgər biri səni tənqid edirsə, nifrət edib qısqanırsa, deməli, sənin yerində olmaq istəyir. Mən öz işimlə məşğul oldum. Həyat məni atıb-tutdu, sonra da indiki yerimə qoydu. Universiteti oxuyanda Kənan M.M. olmaq haqda düşünmürdüm. Öz işimi gördüm. Tənqidlər çox oldu. Biri yazıb ki, axıra kimi baxdım, xoşuma gəlmədi. Xoşuna gəlmirsə, niyə axıra kimi baxırsan? Yazırlar ki, siz istəyərsiniz, bu filmə övladlarınız baxsınlar? Mənim övladım gecə saat birdə yatır. Sənin övladın o vaxtı niyə oyaqdır? Hər bir filmin öz yaş həddi var. Sultan Süleymanla Hürrəmin hamamda çimmə, "Kara sevda"da öpüşmə səhnəsinə baxanlar məni qınadılar. Deyirlər ki, mən azərbaycanlıyam, belə film çəkməməliyəm. Guya mənim qeyrətimi çəkirlər, amma özlərindən bixəbərdirlər. Bunlara fikir versəydim, yarıyolda qalardım. "Gecə qonağı -2" və "Qayıdış" indiyə kimi çəkdiyim filmlərdən biri yox, birincisidir. Musiqi, görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhminin, ssenari özümündür. Baş rolda aktrisa Pərvin Abıyeva və oğlum Hüseyn çəkiliblər".

Kənan M.M. ekran işində Fərda Xudaverdiyevin çəkilməməsinin səbəbini də açıqlayıb: "Aramızda anlaşılmazlıq olmayıb. Çox pul istədi, mən də verə bimədim. Fərda istədiyindən də artıq pula layiqdir. Biz əlimizdə olanlarla hərəkət edirik. Fərda ilə razılığa gələ bilmədiyimiz üçün ssenarini başdan dəyişdim. Bu işdir, ona görə aramızda heç bir narazılıq yaranmadı. Fərdanın mənə borcu yoxdur. Adam haqqını istəyib, verə bilməmişəm, çəkilməyib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar