Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Serj Sarkisyan : "Aprel savaşı göstərdi ki..."

Tarix: 29-01-2017 11:58     Baxış: 5518 A- / A+
Serj Sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan ordu günü ilə bağlı müraciətində bir daha 2016-cı ilin aprelindən baş verən Dördgünlük müharibəni xatırladıb.

Manevr.az-ın axar.az-a istinadən məlumatına görə, dördgünlük savaşın xofundan çıxa bilməyən və hər dəfə özünə təsəlli verməyə cəhd göstərən Sərkisyan müharibənin Qarabağın taleyini həll etməyəcəyini bildirib.

"Aprel savaşı bir daha göstərdi ki, düşmən (Azərbaycan nəzərdə tutulur - red) müharibə ilə istəyinə nail olmayacaq. Çünki Qarabağın həlli yolu müharibədən keçmir", - erməni prezident bildirib.

Bunun ardınca isə Dağlıq Qarabağ ətrafında ordunun gücü ilə 26 il əvvəl ərazilərin işğal olunduğunu etiraf edib və bunu "təhlükəsizlik zonası" adlandırıb.

Xatırladaq ki, Dördgünlük müharibə zamanı Lələtəpə yüksəkliyi də daxil olmaqla, Azərbaycan strateji əhəmiyyət daşıyan yüksəklikləri işğaldan azad etdi və Cocuq Mərcanlı kəndi erməni təhdidindən xilas oldu. Bu savaşda Ermənistan 350 əsgər itirdi və 500 əsgəri yaralandı. Azərbaycan Ordusu qısa müddətdə ərazilərini işğaldan azad etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin sərəncamı ilə artıq işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məskunlaşma başlayıb. İlham Əliyevin bu sərəncamı Ermənistanda panika yaradıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar