Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ı onlar idarə edəcək – ADLAR - FOTO

Tarix: 25-01-2017 22:50     Baxış: 8334 A- / A+
ABŞ-ı onlar idarə edəcək


Donald Tramp ABŞ-ın yeni prezidenti kimi artıq 5 gündür vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi and içən D.Tramp həmin gün ilk fərman və sərəncamlarını imzalayıb. Superdövlətin başçısının atacağı addımlar, yürüdəcəyi siyasət bütün dünyada böyük maraqla izlənilir. Sözsüz ki, Tramp həyata keçirməyi planlaşdırdığı işləri tək görməyəcək. Ona bu işdə ən böyük dəstəyi öz administrasiyasının üzvləri verəcək. Bəs, Trampın administrasiyasına kimlər daxildir?


Manevr.az teleqraf.com-a istinadən Donald Tramp administrasiyasının üzvləri ilə bağlı hazırlanan arayışı təqdim edir. Onu da qeyd edək ki, yeni administrasiya yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayıb.

Beləliklə, ABŞ-ın ikinci şəxsi – vitse-prezident Mayk Pensdən başlayaq. M.Pens əvvəllər İndiana ştatının qubernatoru olub. Onun namizədliyi hələ 2016-cı il 18-21 iyul tarixlərində keçirilən Respublikaçılar Partiyasının qurultayında müəyyənləşib. Həmin qurultay D.Trampın Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə, M.Pensin isə vitse-prezidentliyinə namizədliyini rəsmən təsdiqləyib.

D.T ramp mühüm posta – Dövlət Departamentinə rəhbərliyi Reks Tillersona tapşırıb. 65 yaşlı R.Tillerson 2006-cı il yanvarın 1-dən 2017-ci ilin yanvarın 1-dək ABŞ-ın iri neft şirkəti “Exxon Mobil”in Direktorlar Şurasının sədri və baş idarəedicisi olub. Daha öncə Nyu-Yorkun keçmiş meri Rudolf Culianın dövlət katibi vəzifəsi uğrunda mübarizədən qalib çıxdığı bildirilirdi. Lakin o, Tramp administrasiyasında vəzifə tutmaqdan imtina etdi.

Daha bir mühüm nazirliyə – Müdafiə Nazirliyinə rəhbərlik edən Ceyms Mettis ABŞ dəniz piyadaları korpusunun generalıdır. 2007-ci ildən 2010-cu ilədək ABŞ-ın Birləşmiş Ordu Komandanlığının komandanı olub. Buna qədər isə ABŞ Dəniz Piyadaları Korpusunun 1-ci ekspedisiyasının komandanı olub. İraq müharibəsinin (2003-2011) iştirakçısıdır.

66 yaşlı general Mettis, həmçinin geniş ictimaiyyətə özünün bir sıra qorxunc açıqlamaları sayəsində də tanışdır. Məsələn, o, bir dəfə belə bir söz işlətmişdi: “Bəzi insanları güllələmək mənə son dərəcə zövq verir”.

D.Tramp hökumətində nazir və ya nazir vəzifəsinə bərabər sayılan postları tutan digər şəxslər, başqa sözlə ABŞ Nazirlər Kabinetinin üzvləri bunlardır:

Maliyyə naziri – Stiven Mnuçin
Baş prokuror – Ceff Seşns
Daxili işlər naziri – Rayan Zinke
Kənd təsərrüfatı naziri – Sonni Perdyu
Ticarət naziri – Uilbur Ross
Əmək naziri – Endryu Puzder
Səhiyyə və sosial xidmət naziri – Tomas Prays
Tikinti və şəhər inkişafı üzrə nazir – Ben Karson
Nəqliyyat naziri – Eleyn Lan Çao
Energetika naziri – Rik Perri
Təhsil naziri – Betsi Devos
Veteranların işləri üzrə nazir – Devid Şulkin
Daxili təhlükəsizlik naziri – Con Kelli


Nazirlər Kabinetinin üzvü olan şəxslərlə eyni ranqda olan, ancaq kabinetə daxil olmayan şəxslər:

Ağ Ev aparatının rəhbəri – Rayns Pribus
Administrativ büdcə idarəsinin direktoru – Mik Malvani
Ətraf mühitin qorunması üzrə Agentliyin administratoru – Skott Pryuitt
ABŞ-ın ticarət nümayəndəsi – Robert Laytizer
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi – Nikki Xeyli
İqtisadi məşvərət şurasının sədri – vəzifə vakantdır
Kiçik biznesin inkişafı üzrə idarənin administratoru – Linda Makmen


ABŞ prezidentinin icraçı ofisinin üzvləri

Prezidentin müşavirləri – Stiven Bennon, Kellienn Konuey, Dina Pauell
Milli təhlükəsizlik məsələləri üzrə müşavir – Maykl Flinn
Milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini – Ketlin Makfarlend
Milli iqtisadi şuranın direktoru – Hari Kon

Müstəqil agentliklər

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Mayk Pompeo
Milli kəşfiyyatın direktoru – Den Kouts

Onu da bildirək ki, sözügedən şəxslər yanvarın 20-dən fəaliyyətə başlasalar da, onların təyinatı mütləq ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

ABŞ-ı onlar idarə edəcək

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar