Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalist Arif Hacılıya etiraz olaraq Müsavatdan getdi "Arif Hacılı bizi pis vəziyyətdə qoydu"

Tarix: 02-08-2016 12:20     Baxış: 3543 A- / A+
Tanınmış jurnalist Arif Hacılıya etiraz olaraq Müsavatdan getdi


Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin təcrübəli imzalarından olan Elşad Paşasoy Müsavat Partiyasından istefa verib. Yazar bunu özünün yazdığı son köşə yazısında bəyan edib. E. Paşasoy istefasının səbəbləri haqqında bunları yazıb:

"Arif Hacılı bizi pis vəziyyətdə qoydu"

"Bizlər bu illər ərzində “Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymadıq. Baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da “dostlar mən qərarımı verdim, siz də qərar verin” demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında “Ya Müsavat, ya “Yeni Müsavat” seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi, düz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq.

Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm. Bundan sonra azad jurnalist, heç bir partiya öhdəçiliyi olmayan media mənsubu kimi xalqımızın xidmətində dayanmağı, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün təmin olunması sahəsində çalışmağı daha faydalı hesab edirəm. Təbii ki, partiya rəhbərliyində, sıravi üzvlər arasında kifayət qədər sağlam düşüncəli, əqidəli, Vətəninə, təşkilatına bağlı insanlarımızla normal münasibətlərimiz bundan sonra da davam edəcək. Fədakar müsavatçıların hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, Müsavatın indiki başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə danışarkən "Yeni Müsavat" qəzetinə və onun təsisçisi Rauf Arifoğluna qarşı hücuma keçmişdi.

E. Paşasoyla yanaşı, "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov da 21 ildən bəri üzvü olduğu Müsavat Partiyasından istefa verdiyini bəyan edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində status yazıb:

"21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, mən də istefa verə bilərəmmi? Bu qədər yol qət etiyin, heç nə etməsən belə təssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?

Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Amma mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam ki.

Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar