Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Düşmən tezliklə Azərbaycan ordusu qarşısında ağ bayraq qaldıracaq! - Rövşən Hüseynov

Tarix: 13-08-2020 20:03     Baxış: 32 872 A- / A+
Düşmən tezliklə Azərbaycan ordusu qarşısında ağ bayraq qaldıracaq!

Son günlər havaların isti keçməsi fonunda, cərəyan edən ictimai-siyasi proseslərə "qoşulub" bayağı çağırışları ilə özlərindən başqa, kimsənin eşidə bilmədiyi "siyasi müxaliflər" hər addımda, hər çağırışda öz ölkəsini və vətəndaşlarını aşağılamaqdan belə çəkinmir. Sözüm söyüşlə hakimiyyət sahibi olmaq istəyənlərədir: Yuxarıda fotosunu təqdim etdiyim düşmənin ağ bayraq qaldıran əsgəridir! Bu, bir il əvvəl, baş verib, yaxşı-yaxşı baxın.!

Azərbaycan ordusu və onun Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət qarşısnda duruş gətirməyərək ağ bayraqla imdad diləyir. Öz istəyi ilə Azərbaycanımıza pənah gətirməsinə hansı adı verəcəksiz? Son döyüşlərləri xatırladım. Tovuzun Qara Qaya yüksəkliyi, burnu ovulan düşmənin necə aciz durumda olmağının bariz nümunəsi, Ali Baş Komandanın iradəsidir, qardaşlar. Türk ordusu ilə birgə hərbi təlimlər sizə yenəmi bir işarət vermir. Ayılın qəflət yuxusundan, vətənin sevən vətəndaş olun, avropadan xam xəyalla dolaşmaq əvəzinə. Əsgərlərimizə dəstək olun. Azərbaycanımızın başına gətirilən bəlaları təbliğ edin. Ağalar, bəylər! Düşmənin belə, pənah gətirdiyi ölkənin vətəndaşı hansı haqla avropada siyasi sığınacaq alıb, öz ölkəsini, vətəndaşlarını təhqir etməkdən belə çəkinməyərək , dividentlər qazanmağa çalışa bilər?
Ağ bayraq qaldıran aşot ermənistanın dövlət maraqlarını öz şəxsi maraqları, rahatlığı naminə ayaqları altına aldığı kimi, sizlər də bir qarın yemək və avropada küçə süpürmək naminə, öz xalqınızın, Azərbaycanımızın milli maraqlarını, ayaqlar altına almaqdan çəkinmirsiniz Yaxşı-yaxşı düşünün, bu gün səngərdəki əsgəri ağ bayrağı qaldıran ermənistanın siyasi rəhbərliyi, sabah Azərbaycan ordusunun, Ali Baş Komandanı İlham Əliyevin siyasəti qarşısında diz çöküb, ağ bayraqla, təslim olacaq.
O gün uzaqda deyil! Qarabağımızın ,Azərbaycanımızın taleyini düşünən, hər bir vətəndaş, fəxarətlə, qürurla ölkə rəhbərinin ətrafında birləşərək, qələbəmizin daha da tezləşməsi üçün, əlindən gələni əsirgəməməlidir.
Avropada yaşamaq arzusunda olan, avropalıların yaşamına həsrətlə baxaraq, köks ötürən, xəyalpərəstlər !
Türklər demiş: kəndinizə dönün. Burada sizi ailəniz ,əzizləriniz və avropalıların həsrətlə görmək arzusunda olduğu, çiçəklənən doğma Azərbaycanımız - Vətəniniz gözləyir !
Düşmən tezliklə Azərbaycan ordusu qarşısında ağ bayraq qaldıracaq!

Rövşən Hüseynov,
şair, publisist.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar