Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən ŞOK xəbərdarlıq: yaddaşınızı internetdən qoruyun!

Tarix: 17-08-2016 22:57     Baxış: 3412 A- / A+

Alimlərdən ŞOK xəbərdarlıq:

İnternet bir çox işləri sadələşdirib, saysız-hesabsız informasiyanı əlçatan edib. Mobil internet sayəsində isə maraq doğuran hər bir suala istənilən məkanda cavab tapmaq mümkündür.

Amma beyini inkişaf etdirməyi unutmaq olmaz. Məsələ bundadır ki, cəmi bir neçə sadə əməliyyatla informasiyanı asanlıqla əldə etmək imkanı yaddaşa pis təsir göstərir. Kaliforniya Universitetinin (ABŞ) Santa Kruz filialında aparılan tədqiqatın nəticələrindən belə məlum olub.

Eksperimentdə iştirak edən adamlar müxtəlif mürəkkəb suallara cavab veriblər. Onları iki qrupa ayırıblar. Birinci qrupun üzvləri cavablar üçün öz yaddaşından, ikinci qrupun üzvləri isə axtarış sistemindən istifadə ediblər. Sonra iştirakçılara istədikləri metodun köməyi ilə daha sadə suallara cavab vermək imkanı verilib.

Məlum olub ki, sırf öz yaddaşına güvənən qrupun üzvləri ilə müqayisədə internetdən istifadə edənlər yenə də eyni üsula müraciət ediblər. Bundan əlavə, onların 30 faizi suala cavab tapmaq üçün heç düşünmək istəməyib. Onlar sadəcə internetdən istifadə ediblər.

Texnologiyalardan bu cür asılılıq heç də yaxşı hal deyil. Ancaq internetin bu xüsusiyyətinin dünyanın işlərinə həqiqətən ciddi təsir edib-etməyəcəyini yalnız zaman göstərəcək.
/Trend.az/

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar