Sizin Reklam Burada
Xəbər lenti
12 avqust
11 avqust
BÜTÜN XƏBƏRLƏR

İstanbulda Azərbaycana dəstək mitinqi —ŞƏKİLLƏR

Tarix: 25-07-2020 19:34     Baxış: 4806 A- / A+
İstanbulda Azərbaycana dəstək mitinqi —ŞƏKİLLƏR

Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında “Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

Manevr.az
xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ercan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndiriblər.

Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım

Çox oxunanlar