Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın xanımı özünü başından güllələdi -ŞOK OLAY

Tarix: 15-01-2017 10:53     Baxış: 6300 A- / A+
Deputatın xanımı özünü başından güllələdi

Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaklı intihara cəhd edib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, H. Sancaqlı tapançadan başına atəş açıb.

Vəziyyəti ağır olan H. Sancaqlı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən H. Sancaqlının vəziyyətinin ağır olduğu açıqlanıb.

S. Sancaqlı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə S. Sancaqlı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb.



Qeyd edək ki, 1966-cı il fevralın 27-də keçmiş Yuqoslaviyada Tutin şəhərində anadan olan S. Sancaqlı Türkiyədə “Kültürspor”, “Vefa”, “Beşiktaş”, “Eskişehirspor”, “Konyaspor”, “Sarıyer”, “Kocaelispor”, “Qalatasaray”, “Kocaelispor”, “Fənərbaxça” və “Konyaspor” futbol klublarında hücumçu mövqeyinə oynayıb.

Futbolçu karyerasına 1999-cu ildə “Konyaspor” klubunda son qoyub. Türkiyə çempionatında ümumilikdə 130 qol vurub, 20 dəfə Türkiyə milli komandasının formasını geyinib, bu oyunlarda 6 qol vurub. Son parlament seçkilərində MHP-nin Kocaelindən deputatlığa namizədi olub və deputat seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar