Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağazadə: "Evinə dönə bilməyən vətəndaşımıza sahib çıxın"

Tarix: 16-06-2020 10:26     Baxış: 31 358 A- / A+
İqbal Ağazadə: "Evinə dönə bilməyən vətəndaşımıza sahib çıxın"


"Dünən gecə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir".

Manevr.az bildirir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, evinə dönə bilməyən insanlarımız vətənə qaytarılmalıdır:
“Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar. Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı Vətənə qaytarmaqdır".

İ. Ağazadə səlahiyyətli qurumlara səslənərək Azərbaycan Respublikasının vətəndaşlarına sahib çıxmağı tələb edib: " Mən səlahiyyətli dövlət qurumlarına səslənirəm. Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın. Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər. Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə bu faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar