Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müdafiə naziri Azərbaycan-Ermənistan sərhədində olub -FOTOLAR

Tarix: 12-01-2017 19:14     Baxış: 2419 A- / A+
Müdafiə naziri Azərbaycan-Ermənistan sərhədində olub


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə çay süfrəsi arxasında söhbət aparıb və nahar edib.

Dövlət başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.

Manevr.az

Müdafiə naziri Azərbaycan-Ermənistan sərhədində olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar