Sizin Reklam Burada
Xəbər lenti
10 iyul
09 iyul
08 iyul
BÜTÜN XƏBƏRLƏR

“Palmali Holding" müflis elan edildi

Tarix: 31-05-2020 13:49     Baxış: 4122 A- / A+
“Palmali Holding" müflis elan edildi


Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu "Palmali Holding Company Limited” müflis olub.

Manevr.az-ın məlumatına görə, report bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və "Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Hamburg Commercial Bank”ı "Palmali Holding”in 27 milyon ABŞ dollarlıq borcuna qarşı 6 ümumi yük gəmisinə nəzarətin banka təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdi. 2018-ci ildə isə Rusiyanın Rostov Arbitraj Məhkəməsi, "Sberbank”a olan 220 milyon ABŞ dollarlıq borcunun qarşılığında şirkətin törəmə müəssisəsi "Palmali Rostov” MMC-in müflis olmasını təsdiqləmişdi. Məhkəmənin qərarı ilə "Palmali Rostov” MMC-yə məxsus 52 gəmiyə həbs qoyulmuş, 43 gəmi isə Rostov Məhkəməsi tərəfindən 2019-cu ilin sentyabrında satışa çıxarılmışdı.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar