Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ağ, qara sevdaların rəng mistikası

Tarix: 18-05-2020 12:10     Baxış: 3347 A- / A+
Ağ, qara sevdaların rəng mistikası

Mistik zərurət (müəyyən mənada) fəlsəfi-ictimai rakurs kimi də təsir verir; sadəcə, bu poetik resursu ədəbi müstəvidə xarakterizə edən yalnız formal çırpıntıdır. Şair real məqamda ara-sıra illuziya, yaxud mistik cizgi axtarışındadırsa, deməli, həyat bir az formal, bir az da gerçək situasiyalardan ibarətdir... Səmimi etiraf edək ki, bu əhatədə dürüst ədəbi yön tapa bilmək hər qələm sahibinə müyəssər deyil...
Poetika fikrin ən duyğusal (duyğulu) mərhələsidir. Ədəbi hissin bu xarakterdə təcəssümü isə şair (yazıçı) fəhmidir. Heç şübhəsiz, istedadlı qələm sahibi Nazilə Gültac yaradıcılığında da bu poetik hiss özünü aşkar göstərir. Həyatın, zamanın, vaxtın, bir az da fəza aləmlərinin mistik-ictimai paradoksunu müasir oxucu zövqünə uyğun qurmağı bacaran, adi hissin duyğu qapısını mürəkkəb zəminlərlə açan və ağ-qara sevdaların rəngsiz meridianlarında rəngli sistem axtarışında olan Nazilə Gültac sözlə idrak çırpıntısı arasındakı məqamları da bir fəza komponenti kimi xarakterizə edir. Məsələn, onun «Ağ, qara» şeirində bu ədəbi prioritet geniş masştabdadır:

Rənglər dünyasında yaşıl, sarı yaşayırıq.
Günlərimiz ağ, qara...


Nazilə xanım yaşamaq eşqi ilə həyat sevdası arasındakı rəngli-rəngsiz çevrələri gerçək-inandırıcı və düşündürən ovqatda cilalayıb. Bu iki fərqli (təzadlı) müstəvidə taleyi cızmaq, qaralamaq, ümidi boyamaq, kədəri gecənin işığıyla rəngləmək (həqiqi mənada) həyatla fəza arasında fəlsəfi-poetik çırpıntı yaratmaqdır. Ömür yoluna üzüyola, ərköyün, küsmüş uşaq kimi çıxan, əlləri göy üzündən asılı, aradakı rəngləri məsum axıntıya məruz qoyan və özünü boyalı, boyasız, gülüş və göz yaşı (bir-birinə) qarışmış obraz kimi təqdim edən müəllif şeirin fəlsəfi komponentlərini məhz bu aurada səciyyələndirib. Şeirin fəza qatına çıxanda, onun həqiqətən geniş bir əhatə cızdığı anlaşılır.
«Mən dənizəm» şeirində də bu ortadoksal hədd gözlənilib:

...Mən dənizəm.
Ağ yelkənli gəmisi ömür adlı
bir sahilə yan alan
arzulara çırpılan.


Bu şeirdə də müəllif öz həyat sevdalarını deyil, özündən aralıda olan mütləq mövcudluğun əzabını ifadə edib.
Maraqlıdır ki, Nazilə xanımın «əzab» yükü ağ sferalıdır: təmizlik, əxlaq, qar bəyazlığı bu miqyası bir az da artırır:

...Gültacın taleyi qışdı, ayazdı.
Həyat sarı simə köklənən sazdı.
Bircə təsəllim var qoca dünyada,
Bahara can atan qar da bəyazdı.


Bu ağlığın içində sakit hücrələr çoxluq təşkil etsə də, təmiz, saf eşq havası bütün çıxıntıları öz rəngli, ilıq küləkləri ilə oxşayır.
Hətta, Nazilə xanımın çılğın etirafların da bir mülayim dayanıqlıq var: Məsələn:

...Uğurlu, uğursuz qismət mənimki,
Dağın döşündəki yollar çəninki,
Gələn yollar deyil, gedən səninki,
Gedirsən indi get, bir daha dönmə...


Zahiri anlamda bu misraların müxtəlif istiqamətləri var; lakin bir həyat bataqlığında sevdasızlıq qəlbin ən soyuq divarlarını titrədir deyə, «gələn yollar yox, gedən yollar» adamı acı sızıltılara bükür. Məhz bu ağrının hənirində üşüməmək üçün müəllif (bəlkə də) dilucu: - «Gedirsən indi get, bir daha dönmə...», - deyir.
Nazilə xanımın «Qərib yolçu» ithaf şeirində də fəlsəfi nüanslar daha üzdədir:

Qərib yolçu, gün batmaq üzrədir.
Səhraların qaranlıq gecəsi
sənin dərdli gündüzünü gizlədir...


Bu şeirdə bir fikir (əslində) bir neçə səbəblə birləşir; hər səbəb də özündə bir neçə eyham qabardır. Qərib yolçunun səhraların qaranlıq gecəsində gündüzə həsrət qalması fəza tərpənişləridir - həyatla, vaxtla, zamanla ayaqlaşa bilmək sevdasıdır. Müəllif ən sadə hissin ən aşağı mərtəbəsində belə bir duyğu tapır və onu ovqatımızla eyni rəngdə tutur.

Qəlbimiz Nuhun gəmisi...
...Qəlbdən dodağadək yaşayırıq biz.
Səssiz, səmirsiz.


Nazilə Gülac bu şeir parçasında da mistik cizgiləri fəlsəfi nüansa çevirib və ruhumuzu xarakterik məna ilə boyayıb.
Açığı, aşağıdakı şeir nümunələrində də müəllif rəngli-rəngsiz sevdalar ehtiva edib:


İkimizin bir yalnızlığımız var.
Darıxanda orda görüşürük yalnız...


***
...Dualar göylərdə didərgin, itkin...
İlahi, göylərə bir yuxu göndər.


***
Son bahar sarı yarpaqları
bağrına basıb qucaqlar.
...Qulağına vida pıçıldar.


***
Çək, göz yaşınin rəngini,
Sevincin özünü...
Sevgiyə gedən yolu,
eşqin dadını çək...


Göründüyü kimi, bu şeir parçalarında irfan, eşq zəminləri, xarakterik mükalimə, miqyasları geniş, bucaqları müxtəlif ölçülü fikir yumşaqlığı və ifadə sərtliyi var. Müəllif «İkimizin bir yalnızlığı var, dualar itkin, göy yuxusuz, son bahar sarı yarpaqların xəzəl qorxusunu yaşayır, rəssam, eşqin dadını çək!» qənaəti ilə hər acının içində bir ürək yanğısı olduğunu, hər yanğıda da bir insan taleyinin ütüldüyünü bəlli edir. Elə biz də bu rakursdan yanaşaraq Nazilə Gültac şeirinin rəngli-rəngsiz yuxularına rəsm çəkirik.
Və səmimi deyək, ağ, qara sevdaların rəng mistikası Nazilə Gültac şeirinin əsas poetik komponentləridir.
Sizə uğurlar diləyirik, Nazilə xanım!
Ağ, qara sevdaların rəng mistikası












Hikmət Məlikzadə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar