Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kimyəvi silahın hazırlanması və istehsalı qadağan edildi

Tarix: 08-05-2020 12:38     Baxış: 4220 A- / A+
Azərbaycanda kimyəvi silahın hazırlanması və istehsalı qadağan edildi


Kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması, yaxud birbaşa və ya dolayı yolla başqa şəxslərə verilməsi qadağan olunub.

Manevr.az xəbər verir ki, bu barədə "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsinə əsasən, aşağıdakı fəaliyyətlər də qadağan olunub:

- kimyəvi silahın tətbiqi;

- kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıq iştirak etmək;

- bu qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək;

- ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək;

- "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın "Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 saylı siyahısında göstərilən kimyəvi maddələri konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlət ərazisindən tranziti;

- Konvensiyanın "Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 və 2 saylı siyahılarında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;

- Konvensiyanın "Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 3 saylı siyahısında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti.

Konvensiyaya uyğun olaraq, aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir:

- kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə;

- kimyəvi silahlara və ya toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət;

- kimyəvi maddələrin toksik xüsusiyyətlərin kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istisna olmaqla, digər hərbi məqsədlər üçün istifadə;

- kimyəvi vasitələrdən qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadə.

Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarına da şamil edilir.

Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar