Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun müalicəsində ümidverici elmi yenilik - DƏRMANLARIN ADI

Tarix: 02-05-2020 18:29     Baxış: 3118 A- / A+
Koronavirusun müalicəsində ümidverici elmi yenilik - DƏRMANLARIN ADI

Bu günə qədər COVID-19 virusuna qarşı xüsusi bir peyvəndin hələ ki olmaması virusla mübarizəni çətinləşdirsə də, digər tərəfdən artıq virusa yoluxmuş insanlarda virusu məhv etmək üçün ona qarşı dərman preparatlarının kəşfi və ya tapılması məsələsinə marağı artırır. Artıq 1 ay öncədən bildirdiyimiz və bu günə qədər preklinik mərhələdə özünü hələ ki, tam doğruldan Remdesivir preparatının bugünlərdə Amerikada da istifadəsinə qərar verildi.

Bu istiqamətdə yeni bir elmi tədqiqatı Almaniyanın Berlin, Bonn və Köln şəhərlərindən olan alimlər aparıb. Belə ki, onlar laboratoriya şəraitində virus səbəbi ilə hüceyrə otofaqiyası prosesində olan pozuntunu yenidən bərpa etmək üçün 3 maddədən istifadə ediblər: “Spermidin”, xərçəng müalicəsində eksperimental istifadə olunan “MK-2206” və “Niclosamid”. Laboratoriya nəticələrinə görə, Spermidin virusun çoxalmasının 85%-in, MK-2206 88%-in və Niclosamid 99%-in qarşısını alıb. Virusa yoluxmadan öncə tətbiq edilən Spermidin və ya Niclosamid hüceyrələrin virusa yoluxmasından sonra onların çoxalmasının 70%-in qarşısını alıb.
Virusun çoxalmasının 85%-in qarşısını alan Spermidin gündəlik istifadə olunan qida maddələrinin, meyvə və tərəvəzlərin, məsələn pendir, kartof, göbələk, armud, gül kələmi və brokkolinin tərkibində olsa da onun qana keçəcək və virusun çoxalmasının qarşısını alacaq lazımı miqdarı çox azdır.

Bu elmi araşdırmaya əsasən, alman tədqiqatçılarının fikrincə, Niclosamid, daha öncədən də dərman kimi mövcud olması və insanlar tərəfindən qəbulunda ağır yan təsirlərinin olmamasına səbəbindən müalicə kimi istifadə olunmaq potensialına malikdir. Bunun üçün isə növbəti günlərdə müvafiq proseslərdən sonra artıq preparatın insanlar üzərində tətbiqinə başlanılması düşünülür.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar