Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın bu açıqlaması gülüş hədəfi oldu: “Virus Azərbaycanın qarşısında əlacsız qalıb”

Tarix: 01-05-2020 11:24     Baxış: 5511 A- / A+
Deputatın bu açıqlaması gülüş hədəfi oldu: “Virus Azərbaycanın qarşısında əlacsız qalıb”


Manevr.az xəbər verir ki, deputat Pərvin Kazımzadənin modern.az saytına verdiyi müsahibədə işlətdiyi ifadələr sosial şəbəkədə gülüş hədəfinə çevirilib.

Xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını deyib və bu da onu hədəfə gətirib. P. Kazımzadə "Ölkəmiz karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaqmı?” sualına belə cavab verib:

"Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbərləri var. Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq.

Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına xidmət edib.

Koronavirus pandemiyasının tüğyan etdiyi çətin bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi, bütün istiqamətlər üzrə ölkədəki vəziyyətin hesabatı göstərdi ki, koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar