Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ucar Aqroservis"in rəisi Ruslan Əliyev işçilərdən 6000 manat rüşvət tələb edir - İDDİA

Tarix: 29-04-2020 11:32     Baxış: 4414 A- / A+
"Ucar Aqroservis"in rəisi Ruslan Əliyev işçilərdən 6000 manat rüşvət tələb edir - İDDİA

"Ruslan Əliyev bizdən 6000 manat pul ödəməyi, hətta, əlavə olaraq ona da pul verməyi tələb edir. Bu isə korrupsiya cinayətidir."

Bu “Ucar Aqroservis”in işçiləri tərəfindən Manevr.az-ın elektron poçtuna göndərilən şikayət məktubundandır. Sözügedən məktubu təqdim edirik:

"Ucar "Aqroservis"in rəisi Ruslan Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bizi kölə gününə qoyub."
Belə ki, bu şikayəti imazalayan şəxslər hər birimiz Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirik. Hər il üçün taxıl biçimi mövsümündə gecə-gündüz işləyib 3000 manat pul ödəyirdik. Bu il isə Ucar "Aqroservis" rəis vəzifəsinə yeni təyin olunmuş Ruslan Əliyev bizdən 100 %, yəni 6000 manat pul ödəməyi, hətta əlavə olaraq ona da pul verməyi tələb edir. Bu isə korrupsiya cinayətidir. Qeyd edək ki, hazırda Ucar, Zərdab və Kürdəmir rayonlarında susuzluğa görə bu il əkilən taxılların 90 % bitmədi. Buna görə bizim işimizdə ağırlaşdı, qazancımız demək olar ki, çox az olcaq. Belə olan təqdirdə biz nəinki 6000 manat, heç 3000 manatı da ödəyə bilməyəcəyik.
Biz Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevin korrupsiya əməlləri barədə baş idarəyə, Aqşin adlı şöbə müdirinə zəng edib şikayətimizi bildirdikdə dedi ki, Ruslan Əliyev nə deyirsə onunla razılaşın, siz hara şikayət etsəniz ərizələriniz araşdırılması üçün bizə gələcək, mən də rəy verəcəm ki, yalandır, özünüzü yormayın, mənası yoxdur. Ruslan Əliyev nə deyirsə onunla razılaşın.
Sonradan bizə məlum oldu ki, Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevi məhz Aqşin adlı şöbə müdiri himayə edirmiş.
Qeyd edək ki, 2019-cu ilin istehsalı olan "Sampo" 2065 markalı kombaynı Ruslan Əliyev qanunsuz olaraq Hikmət adlı öz yaxın adamına vermişdir.O, isə ötən il İsmayıllı rayonunda kombayının cprs aparatını və telefonunu söndürərək bütün mövsüm ərzində taxıl biçini aparmışdır. Bu isə ciddi qanunsuzluqdur. Çünki qanuna əsasən lizinqdə olan kombaynların cprs aparatı açıq olmalıdır ki, neçə hektar taxıl biçilməsi qeydə alınsın.
Qeyd edək ki, Ruslan Əliyev Ucar "Aqroservis"-ə rəis vəzifəsinə təyin olunmamışdan əvvəl Kürdəmir rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zəbt etdiyi örüş torpaqlarında iri və xırda buynuzlu heyvan ferması yaratmışdır. Həmin örüş torpaqlarının böyük hissəsini isə təyinatı dəyişmədən əkin işi aparmışdır.Hazırda Kürdəmirdə yerləşən həmin fermada 10 min baş qoyun, 1000 baş iri buynuzlu heyvan saxlanılır.
Hörmətli prezidentimiz İlham Əliyev çıxşlarında tez-tez vətəndaşları incidən dövlət əmlakın talan edən vəzifəli şəxslərə barmaq silkələyib qanunlara riayət etməyə çağırır.Ancaq çox təssüf olsun ki, Ruslan Əliyev bundan nəticə çıxarmaq istəmir. Çünki onu dövlət və qanunlar yox, öz maddi marağı düşündürür.
Xahiş edirik,aidiyyatı qurumlar şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırsın, “Ucar Aqroservis”in müdiri Ruslan Əliyev, onu himayə edən, baş idarədə işləyən Aqşin adlı şöbə müdiri barəsində ciddi tədbirlər görülsün.

İmza; “Ucar Aqroservis”in işçiləri:

1.Ucar rayonu Alpı kənd sakini Rüstəmov Səfər Mikayıl oğlu;
2.Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu;
3.Ucar rayonu Qazyan kənd sakini Sadıqov Təyyar Həsənqulu oğlu;
4.Ucar rayonu Qazyan kənd sakini Cəbrayılov Rahib Sahib oğlu;
5.Ucar rayonu Yuxarı Şilyan kənd sakini Salahov Taleh Ənvər oğlu."

"Ucar Aqroservis"in rəisi Ruslan Əliyev işçilərdən 6000 manat rüşvət tələb edir - İDDİA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar