Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirus nə vaxt bitəcək? — Baş infeksionist dəqiq tarixi AÇIQLADI

Tarix: 27-04-2020 17:48     Baxış: 5421 A- / A+
Azərbaycanda koronavirus nə vaxt bitəcək? — Baş infeksionist dəqiq tarixi AÇIQLADI


“Mayın ikinci yarısında karantin rejimindən tam çıxa bilərik”
“Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə karantin rejimi ilə bağlı yumşaldılmalar daha da genişləndirilə bilər. Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər”.


Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, proses belə davam edərsə və azalma olarsa mayın 4-dən etibarən bir az da yumşaldılma ola bilər: “Mayın ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik”.
İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. “Krantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü başqalarını da... İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır.Mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq. Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik” -C. İsayev bildirib.

Qonşu və digər dövlətlərlə sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: “Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar