Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? — Gizli bunker və dağlarda sığınacaqlar

Tarix: 23-04-2020 10:32     Baxış: 5396 A- / A+
Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? — Gizli bunker və dağlarda sığınacaqlar


Dünya liderləri pandemiyadan maksimum qorunmaq üçün hazırda özünütəcrid şəraitində çalışır. Artıq Britaniyanın və Kanadanın baş nazirləri virusa yoluxub sağalıblar.
Hazırkı pandemiya qlobal dünya müharibəsi ilə eyniləşdirilir. Əgər gələcəkdə virus apokalipsisi baş verərsə və vəziyyət nəzarətdən çıxarsa, liderlər harda gizlənib qorunmağa ümid edir? Filmlərdə bəhs edilən gicli bunkerlər həqiqətən varmı?

Manevr.az medicina.az-a istinadən liderlərin fəlakətlərdən sığına biləcəyi yerləri təqdim edir?

- Koreya liderinin bronoqatarı


Şimali Koreyanın lideri Kim Çenin şəxsi bronlaşmış qatarı var. Bu bir qatar deyil, təkərlər üzərində bir şəhərdir sanki. Onun öz elektrik stansiyası, ambarları, generatorları, iri mətbəxi, çoxlu kupeləri, zalı, iş otağı var.

Lazım gəlsə Kim Çen ailəsi, arvadları, qohumları, çoxsaylı mühafizəçiləri ilə bu qatarda günlərlə qala bilər. Bakterioloji və kimyəvi zəhərlənmə zamanı bu qatarın havası filtr olunur və tam təhlükəsizdir.
Bu qatarla Kim istədiyi yerə gedə və işləyə də bilər. Ölkə daxilində istədiyi təhlükəsiz yerə getmək üçün uyğundur.

Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? — Gizli bunker və dağlarda sığınacaqlar


- Çin liderinin yeraltı səltənəti


Nəhəng Çin imperiyasının Çin səddi hər kəsə tanışdır. Amma yeraltı divar barədə çox az adam bilir. Bu gizli obyekt barədə az çox informasiya sızıb. Pekin şəhəri altında soyuq müharibə dövründə Çin öz liderləri üçün tunel və sığınacaqlardan ibarət nəhəng sistem qurub. Ölkə rəhbərliyi üçün əsas bunker Milli Parkın altında, Pekinin şimalında olan dağlarda yerləşir.

Obyektin dizaynı retro stildə və saray üslubundadır.

- Ağ evin “situasiyalar otağı”


Bu komandaverici otaq hər hansı müharibə vəziyyətində ölkə rəhbərliyinin istifadəsi üçün 1960-cı illərdə yaradılıb. Otağın kod adı Kennedidir. Bu qorunma obyekti üzərində Barak Obama dəyişiklik edərək, müasir və böyük bunker tikintisinə başlamışdı. Ora Ağ evin bütün aparat heyəti yerləşə bilərdi. O, AĞ evin sol hissəsində 5 mərtəbə yerin dərinliyindədir. 376 milyona başa gələn bu obyekt Trampın diqqətini çəkmədi və ora vəsait ayırmadı. Ona görə indi ora kif və toz basmış haldadır.
Bu tikilidə kif və göbələyin əmələ gəlməsi o deməkdir ki, hava təhlükəsizliyi yaxşı düşünülməyib və ora istənilən mikrob, virus keçə bilər.

Bioloji apokalipsis və müharibə olarsa Tramp hara gedə bilər? ABŞ ərazisinə daxil olan, Sakit Okeanda yerləşən Samoada adasında hazırda heç bir yoluxma yoxdur. Bu ərazidə cəmi 50.000 sakin yaşayır. Əgər bir şey baş verərsə, Tramp ətrafı ilə amerika dəniz flotunun nəzarəti ilə bu adaya keçəcək.

Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? — Gizli bunker və dağlarda sığınacaqlar


- Almaniya kansleri Alp dağlarına çəkilir


Almaniyanın kansleri virus müharibəsi olarsa, ölkənin cənubunda Alp dağlarında Qarmiş – Partenkirxen kurortunda xüsusi otellərə çəkiləcək. Burda otellər PBO mobil sistemləri ilə təchiz olunub. Aşağı təzyiq və soyuq hava rejimi bakteriya və virusların aktivliyini azaldır.

- Fransa prezidenti arxipelaqa gedəcək


Emmanuel Makron Hind okeanında Fransaya məxsus Kerqelen arxipelaqındakı departamentə sığına bilər. Bu arxipelağın cəmi 70 sakini var, quru ilə məsafəsi 2 min kilometrdir. Virus çətin ki, ora düşə.

- Britaniya kral ailəsi və baş nazir məxfi bazalara gedəcək


Britaniya rəsmiləri Britaniya üçün ən təhlükəli dönəmlərdə tarix boyu Kanadaya evakuasiya planını seçiblər. Burda meşə massivlərində onların məxfi bazası var. 1940-cı ildə faşistlər tərəfindən Britaniyanın işğalı təhlükəsi olanda, belə bir plan işə yaramışdı və sınanmışdı.

-Rusiyanın planı sirdir


Rusiyanın birinci rəhbərinin bioloji təhlükə zamanı hara gedəcəyi ciddi dövlət sirridir. Amma prezident limuzininin nəinki güllə, həmçinin virus keçirməz olması barədə fikirlər var. Prezident elə bir əleyhqazla təmin olunacaq ki, hermetiklik pozulmadan bu əleyhqazdan maye qidanı qəbul etmək mümkündür. Eləcə də prezidenti 2 sutka qoruyacaq kimyəvi qoruyucu kostyum var. Bu müddətdə təhlükəli ərazini tərk etmək üçün kifayətdir.

Ən yaxın təhlükəsiz baza isə Pleseçk kosmodromundadır.


Bioloji müharibə olarsa, dünya liderləri harda gizlənə bilər? — Gizli bunker və dağlarda sığınacaqlar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar