Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Uhandan şok görüntülər — Virus burdan yayılıb

Tarix: 19-04-2020 21:43     Baxış: 5294 A- / A+
Uhandan şok görüntülər — Virus burdan yayılıb


Çinin Uhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını göstərən görüntülər ortaya çıxıb.

Manevr.az
xəbər verir ki, fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.

İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.

ABŞ-ın CNN telekanalı da ABŞ kəşfiyyatının COVİD-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.

Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin az olduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə yol açacağına səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.
Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.

CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırırlar.

ABŞ Baş Qərargah rəisi Mark Milli bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yolllarla ortaya çıxdığına dair önəmli sübutların olmasına baxmayaraq heç bir nəticə əldə edə bilmədiyini bildirmişdi.

ABŞ dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə işlədiklərini demişdi./axar.az

Manevr.az

Uhandan şok görüntülər — Virus burdan yayılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar