Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rüstəm Behrudi: "Xəbər gözləmirəm heç kimdən daha..."

Tarix: 12-04-2020 21:47     Baxış: 3350 A- / A+
Rüstəm Behrudi: "Xəbər gözləmirəm heç kimdən daha..."

Tanrım, sən bilirsən, mən səndən özgə
Xəbər gözləmirəm heç kimdən daha.


Manevr.az Rüstəm Behrudinin yeni şeirini təqdim edir:

QUŞBEYİN QAĞAYILAR VƏ
SAHİBSİZ İTLƏR ÜSTÜNƏ


Xəbər gözləmirəm heç kimdən daha...
Bir dilsiz balığam, məndə baxt hanı?!
Mənə öyrətdiyin sözə bağışla,
İlahi,sən mənə bir də vaxt tanı.

Xəbər gözləmirəm heç kimdən daha...
Həsəd aparıram ota, yarpağa;
İlahi,sən mənə bir də vaxt tanı,
Sənin istədiyin adam olmağa.

Həsəd aparıram tənhalığımdan
İtə, qurda-quşa, ağ ayılara...
Küçələr sahibsiz itlərə qalıb
Sahil də quşbeyin qağayılara.

Xəbər gözləmirəm, qara xəbərdən...
Üzü qara olsun boz xəbərin də!
Adamlar bir yana, dərdi öldürür
Məni yetim qalan küçələrin də.

Heç kimin heç kəsdən xəbəri yoxdu...
Ay batıb, gün doğmaz sevgimdən daha.
Tanrım, sən bilirsən, mən səndən özgə
Xəbər gözləmirəm heç kimdən daha.

Rüstəm Behrudi
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar