Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

KİV əməkdaşı olmayanlara saxta vəsiqələr verilir - Qərargah

Tarix: 06-04-2020 18:56     Baxış: 4175 A- / A+
KİV əməkdaşı olmayanlara saxta vəsiqələr verilir - Qərargah


Azərbaycanda tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, tətbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir.

“Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.

Fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslər kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar”, - məlumatda bildirilib.

Operativ Qərargah xəbərdarlıq edir ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər.

Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar