Sizin Reklam Burada
Xəbər lenti
27 may
26 may
BÜTÜN XƏBƏRLƏR

Xüsusi vəziyyət ilə bağlı Ümid Partiyasının təklifləri

Tarix: 19-03-2020 21:15     Baxış: 3291 A- / A+
Xüsusi vəziyyət ilə bağlı Ümid Partiyasının təklifləri

Uzun müddətdə ayrı-ayrı ölkələrin problemi hesab edilən koronavirus 11 martdan sonra bütün dünyanı həyəcan siqnalı çalmağa məcbur etdi, xəstəliyin miqyası hər gün böyüdü, xəstələrin sayı durmadan artır, itkilər çoxalır, virusu durdura biləcək birdəfəlik vaksin və preparat hələlik yoxdur, uzun sürən müalicə və karantin böyük xərclər, təcridetmələr, şəhərlərin və ölkələrin qapılarının bağlanılmasını tələb edir.
İqtisadiyyat çökür, əksər ölkələrin milli valyutaları dəyərini itirir, neft dünya bazarında qiymətdən düşür.


Azərbaycanda da vəziyyət mürəkkəbdir.

Həm koronavirusun ilk yayıldığı ölkələrdən biri olan İranla sərhədimizin uzun zaman açıq olması, səhiyyə sistemimizdəki bəzi çatışmazlıqlar, həmçinin əhalinin laqeydliyi vəziyyəti arzuolunmaz səviyyəyə çatdıra bilər.
İqtisadiyyatımızın əsasını təşkil edən neft və neft məhsullarınında qiymətdən düşməsi həm milli valyutamızı təhdid edir, həm də maliyyə defisiti üçün ciddi əsas verir.
Əhalinin və iş adamlarının psixoloji durumu sabit deyil, güvənli sosial siyasətin olmaması panik əhval yaradır, məcburi təcridetmələr və iş ritminin pozulması xidmət və istehsal sahələrində ritmi və inamı pozur, neftin sürətlə qiymətdən düşməsi maliyyə bazarındakı nisbi sakitliyin pozulacağını vəd edir.
Belə şəraitdə Azərbaycan Ümid Partiyası bütün siyasi qüvvələrə müraciət edir, ölkədə sabitliyin qorunması və problemdən çıxış yolunun birgə tapılması üçün genişşaxəli əməkdaşlığa ehtiyac olduğunu bəyan edərək, hamını - iqtidarı və müxalifəti birgə fəaliyyətə, çıxış yolunu aramağa, xalqın və dövlətin ziyan görməməsi üçün ortaq əməkdaşlığa çağırır.
Vacib bildiyimiz bir sıra məqamları isə qısa proqram şəklində Azərbaycan hökümətinin diqqətinə çatdırırıq.


SOSİAL SAHƏDƏ:

1. Elektrik enerjisinə tətbiq olunan limit karantin müddətində ləğv edilsin, elektrik enerjisinin qiyməti 50% ucuzlaşdırılsın;
2. Qaz istehlakçılarına tətbiq olunan limit karantin müddətində ləğv edilsin, qiymətlər 50% ucuzlaşdırılsın;
3. Kommunal xidmətlərin ödənişlərində 30% - lik güzəşt tətbiq olunsun;
4. Yerli icra hakimiyyəti orqanları ərazidə yaşayan aztəminatlı ailələri dərhal müəyyən etsin və karantin müddətində dövlət onlara 50 manat miqdarında aylıq çörək pulu versin;
5. Fəaliyyəti məhdudlaşdırılmış və ya müvəqqəti dayandırılmış müəssisələrdə (özəl və dövlət) əvvəlki səviyyədə maaşlar saxlanılsın;
6. Bakı şəhərinə gediş-gəliş məhdudlaşdırıldığı üçün Rayonlarda fəaliyyət göstərən taksi və avtobus sürücülərinə (lisenziya almış) kompensasiya təyin edilsin;
7. Xidmət sektorunda çalışan işçilərin (restoran, bar, kafe, çayxana,mərasim və şadlıq evləri və s.) əmək haqlarının saxlanılması üçün karantin müddətində aşağıdakı tədbirlər həyata keçirilsin;
- İcarə əsasında (dövlət, bələdiyyə və özəl) fəaliyyət göstərən iaşə obyektlərinin aylıq icarə haqqı (müqavilə və vergi ödənişi əsasında) dövlət tərəfindən qarşılansın;
- Vergi ödənişi rüb ərzində təxirə salınsın, vahid tarif müəyyən olunaraq, o verginin qrafik əsasında növbəti rüblərdə ödənişi təmin edilsin;
- Karantin müddətində işçilərdən tutulan vergilər ləğv olunsun.
8. Dövlət xəstəxanalarında çalışanlara karantin dövründə müvəqqəti əmək haqqı müəyyən olunsun;
9. Özəl xəstəxanalara 30 % - lik vergi güzəştləri tətbiq edilsin bunun müqabilində özəl xəstəxanalar bütün qiymətləri hər növ xəstə üçün 30 % aşağı salsın;
10. Tələbələrə təqaüdlərin verilməsi dayandırılmasın, ödənişli əsaslarla təhsil alan tələbələrə güzəştli limitlər müəyyən olunsun;
11. Qaçqın və məcburi köçkünlərin çörək pullarında artımlar müəyyən edilsin



BANK VƏ MALİYYƏ SEKTORUNDA:

1. Kreditlərin faizləri və ödənilməsi karantin müddətində dayandırılsın;
2. Ölkəyə mal idxal edən fiziki və hüquqi şəxslərdən başqa digərlərinə valyuta satışı maksimum məhdudlaşdırılsın;
3. Xaricə köçürülən pullar yalnız nağdsız ödənişlə həyata keçirilsin;
4. İdxal əməliyyatları həyata keçirən şirkətlər vahid məzənnə üzrə valyuta konvertasiyası həyata keçirə bilməklə, digərləri üçün üzən manat məzənnəsi tətbiq olunsun;
5. Qara bazarın formalaşmasının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi iş rejiminə keçsinlər;
6. İri həcmdə kreditlərin verilməsi (manat və ya xarici valyuta iə) dayandırılsın

KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ:

1. Yaz əkini dövrünün olması xüsusi nəzərə alınaraq, iri və xırda fermerlərin maliyyə sıxıntısı çəkməməsi üçün xüsusi qeydiyyata alınmaqla məhsul yığımında geri ödənilməsi şərtilə fermerlərə faizsiz ödəmə xətti açılsın;
2. Ənənəvi ixrac ölkələri ilə danışıqlar apararaq, yükdaşımalara məhdudiyyət qoyulmamasına nail olunsun;
3. Kəndli-fermer təsərrüfatlarının əkindən geri qalmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilsin;
- Maşın-mexanizmlərlə mərkəzləşdirilmiş təminat;
- Gübrə məhsullarının gecikdirilməməsi;
- Qiymətlərdə güzəştlərin tətbiqi


SƏHİYYƏ ÜZRƏ:

1. Əhaliyə gündəlik və obyektiv məlumatların verilməsi təmin edilsin;
2. Hər yerdə maarifləndirici lövhələr və elanlar asılsın;
3. Əhalidə koronavirusun müalicə olunan xəstəlik olduğu güvənini yaratmaqla hər kəsdə xəstəliyin əlamətləri və ya şübhələr olarkən həkimə müraciət etməsinə güvən yaradılsın;
4. Səyyar həkim briqadaları gecikmədən fəaliyyətə başlasın və hər kəs müayinə olunsun. Xüsusilə kənd rayonlarında bu iş daha intensiv aparılsın;
5. Qoruyucu ləvazimatların (maska, spirt və ya buna bərabər tutulan) hər bir müəssisədə və hətta küçələrdə açıq və pulsuz paylanılması təmin edilsin, dezinfeksiya işləri sistemli və ardıcıl aparılsın;
6. Koronovirusa tutulan xəstələrdən könüllülük əsasında müsahibələr götürülsün, ictimaiyyət məlumatlandırılsın, sağalan xəstələr vasitəsilə cəmiyyəti panikadan və psixoloji gərginlikdən qurtaran reportajlar hazırlansın:
7. Sanitar və tibbi qərarların məcburi yerinə yetirilməsi təmin edilsin

ORDU SAHƏSİNDƏ:

1. Əsgərlərin kütləvi təmas və ünsiyyət imkanlarının olduğunu nəzərə alaraq, fövqəladə vəziyyət şəraitinə keçilsin;
2. Əsgərlərdə şübhə doğuran hər hansı bir əlamət dərhal onların təcrid edilməsi və xüsusi nəzarətə götürülməsi ilə nəticələnsin;
3. Əlahiddə həkim briqadaları dərhal kütləvi yoxlanışlara başlasın;
4. Qida və gigiyena sahəsində xüsusi nəzarət həyata keçirilsin;
5. Tibbi ləvazimatlarla təminat və dezinfeksiya işləri ardıcıl həyata keçirilsin;
6. Ətraf mühitlə əlaqə tam kəsilsin;
7. Əlavə ixtisaslı kadrların hospitallara cəlb olunması ilə yanaşı, səyyar hospitallar yaradılsın;
8. Səngərlərdə növbəlilik prinsipində ciddi dəyişikliklər edilərək, soyuq hava şəraitinə rəğmən saat və gün qrafiki dəyişdirilsin

PENİTENSİAR SAHƏDƏ:

1. İnzibati Xətalar Məcəlləsi ilə müvəqqəti saxlananlar məhkəmə qərarı əsasında cəzalarını başqa vaxt çəkmək şərtilə dərhal azad edilsin;
2. Müvəqqəti Saxlama Təcridxanalarından yüngül və az ağır cinayətlərdə ittiham olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin barələrində məhkəmə qərarı ilə həbsqətimkan tədbiri dəyişdirilsin;
3. Ağır cinayətə görə məhkum olunmamış və ya məhkumluğunun yarıdan çoxunu ödəmiş şəxslər Prezidentin əfv sərəncamı ilə azad edilsinlər;
4. Saxlanılanların sayını azaltmaqla gigiyenik normalar və tibbi, qida təminatları yüksəldilsin;
5. Yaxın qohumlarla görüş imkanları məhdudlaşdırılsın

GÖMRÜK SAHƏSİNDƏ:

1. Karantin müddətində idxal olunan bütün növ ərzaq məhsulları ölkəsindən asılı olmayaraq ƏDV – dən azad olunsun;
- Ölkədə ərzaq qıtlığı yaranmasın;
- Qiymət artımı baş verməsin;
- Qiymətlərə nəzarət edilsin
2. İxrac məhsullarına tətbiq olunan bütün növ ödəmələr ləğv olunsun

NEFT SAHƏSİNDƏ:

1. Azərbaycan dünya bazarında alıcılarını itirməmək üçün neft istehsalını azaltmasın və qiymətlərə müvafiq Azərbaycan neftinin satışını davam etdirsin;
2. Yaxın dövrlərdə bu böhranın aradan qalxacağını nəzərə alaraq, ucuzlaşmış neft məhsullarının ayrı-ayrı ölkələrdən (məsələn, Səudiyyə Ərəbistanında) alıb, depolasın və qiymətlər stabilləşəndən sonra bazara çıxarıb həm itkiləri kompensasiya etsin, həm də qazanc əldə etsin


SİYASİ SAHƏDƏ:

1. İqtidar-müxalifət görüşü keçirilsin, tərəflər üzərinə öhdəliklər götürsün, çətin sosial, tibbi, psixoloji durumdan kimsə sui-istifadə etməsin;
2. Əhali ilə hər hansı gərgin anlar olarsa, iqtidar-müxalifət birgə addımlar atmalı, problemin həllinə birgə çalışılsın, birgə bəyanatlar və çağırışlar edilsin;
3. Tərəflər qarşılıqlı iddia və qınaqlarından əl çəkərək, ölkənin bu çətin vəziyyətdən çıxması üçün birgə səylər göstərsin, vətəndaş həmrəyliyini, sabitliyi pozacaq hər hansı addım atılmasın, narazılıqdan və çətin durumdan istifadə hallarına yol verilməsin.

Azərbaycan Ümid Partiyası








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar