Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Fətullah Gülənin məktubunu Elçibəyə özüm gətirmişəm” - AXCP üzvü

Tarix: 16-08-2016 19:55     Baxış: 3428 A- / A+
“Fətullah Gülənin məktubunu Elçibəyə özüm gətirmişəm”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Daşqın Ağalarlı AXCP ilə Fətullah Gülənin münasibətləri haqda maraqlı fikirlər işlədib. Manevr.az xəbər verir ki, D. Ağalarlı Feysbuk-da iddia edib ki, Fətullah Gülənin məktubunu şəxsən mərhum prezident Əbülfəz Elçibəyə özü gətirib.

Cəbhəçi bildirib ki, AXCP-nin Nəsimi rayon təşkilatının üzvü İslam Səmədov vasitəsilə Gülən camaatının mənsubları ilə ilk dəfə 1989-cu ildə tanışlığı olub: “1990-cı ilin sonlarından Becan Fərzəliyevin Yasamal rayonundakı mənzilində camaatın təmsilçiləri ilə geniş söhbətin iştirakçısı olmuşam. 1991-ci ilin may-iyun aylarında “İnkişaf” Assosiasiyasının prezidenti və AMİP Siyasi Şurasının üzvü Vaqif Kərimovun təşkilatçılığı ilə İstanbula səfərim zamanı camaata məxsus məktəblərlə yaxından tanış olmuşam. Bu səfər zamanı Gülən camaatının öndə gedən nümayəndələrindən İlhan İsbilen və Kamal adlı şəxs tərəfindən İzmir şəhərinə dəvət edildim. Və Fətullah Gülənin məktubunu rəhmətlik Əbülfəz Elçibəyə gətirmişəm. Sonrakı dövrlərdə də əlaqələrim olub. AXC hakimiyyəti dönəmində Əbülfəz Elçibəy camaatın müraciətlərində məni də müzakirələr prosesinə daxil etmişdi. Əbülfəz Elçibəy “Çağ Öyretim” məktəbləri məsələsində istisnasız olaraq dünyəvi təhsili və müəllimlərin Azərbaycandan seçilməsini şərt kimi irəli sürürdü. Ancaq bu məktəblər AXC hakimiyyəti iqtidardan getdikdən sonra fəaliyyətə başladı”.Teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar