Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Geri çəkilməməyin fəsadları

Tarix: 04-03-2020 04:43     Baxış: 3163 A- / A+
Geri çəkilməməyin fəsadları

İlham Əliyevə ən böyük zərbə vuran yanaşma – “geri çəkilmək olmaz!” və ən böyük zərbə vuranlar – bu yanaşmanı ona məsləhət görənlərdir.


2009-cu ildə Emin Milli və Adnan Hacızadənin gənclər arasındakı fəaliyyəti, gənclər arasında artan nüfuzları hakimiyyətdə kimlərisə narahat etdi, “həbs edək” dedilər. Həbs etdilər, beynəlxalq təşkilatlar azadlıq çağırışı etdi, “geri çəkilmək olmaz, zəif görünərik” dedilər və saxladılar həbsdə. Adnan çıxdı, dostları ilə Azad Fikir Universiteti yaratdı, yüzlərlə yeni gənc sima çıxdı üzə. Emin Milli xaricdə forum təşkil etmək əvəzinə köçdü Almaniyaya, etirazçı jurnalistləri topladı başına, hakimiyyətin başını ciddi ağrıdan MeydanTV yaradıldı. MeydanTV-nin jurnalistlərinin formalaşdırdığı ictimai rəyi dağıtmaq üçün minlərlə trol ordusu yaransa da, zərrə qədər xeyri olmadı.

Eləcə də “Azadlıq” qəzetinə təzyiqlər oldu, “geri çəkilmək olmaz” deyildi, Qənimət Zahid Avropada “Azərbaycan Saatı” televiziyası yaratdı. onun bir saatda yaratdığı ictimai rəyi AzTV bir ildə dəyişə bilməyəcək duruma gəldi.

Məni Harvardın təqaüdündən imtina etdirib, Dövlət Proqramından kəsib, öz ağıllarınca “pul tapmayacaq, oxuya bilməyəcək” düşündülər. Bir neçə ay ağır şəraitdə oxusam da, sonradan Harvard elə təqaüd verdi ki, artıqlaması ilə bəs elədi. Oxuyandan sonra ABŞ-da qalmadım, başqaları da bənzər haqsızlıqlara məruz qalmaması üçün, qayıtdım Azərbaycana və fəaliyyətimi burada davam etdirdim.

Mehman Hüseynova ikinci cinayət işi açılanda isə hansısa ağıllı “bu məsələni bağlamaq lazımdır” məsləhəti verdi, hakimiyyət onların pəncərəsindən geri çəkilmiş kimi görünsə də, düzgün addım atdı, cəmiyyətdə qısa müddət də olsa, rəğbət qazana bildilər.

Misalları uzatmaq olar. Əsas məsələ odur ki, nədənsə, sovet dövründən qalmış “geri çəkilmək olmaz, zəif görünərik” yanaşması hələ də qalır. Halbuki, geri çəkilmək, yerində saymaq yox, irəli addımlamaq haqqında da düşünmək olardı. Saxta yollarla seçildiyi bütün dünyaya bəyan olan adamları 5 il bütün beynəlxalq təşkilatlarda “saxta deputat” kimi saxlamaqdansa, “sağ qanad islahat edirdi, sol qanad imkan vermədi” kimi lağlağı etməkdənsə, nəticələri ləğv edib, normal seçki keçirib, irəli gedə bilərdilər və ölkəni irəli apara bilərdilər. Olmadı, çünki, “geri çəkilmək olmaz!” siam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar