Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident təqaüdçüsü:"Məgər AYB nizamnaməsi Anarın istəklərindən ibarətdirmi?!"

Tarix: 19-02-2020 22:03     Baxış: 2435 A- / A+
Prezident təqaüdçüsü:"Məgər AYB nizamnaməsi Anarın istəklərindən ibarətdirmi?!"

Prezident təqaüdçüsü, AYB üzvü Emil Rasimoğlu Yazıçılar Birliyinin XIII qurultayının keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Manevr.az bildirir ki, o sözügedən məsələdə AYB sədri Anarı sərt şəkildə tənqid edib:
"Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün nəzərdə tutulan vaxta (mart ayına) bir aydan da az müddət qalıb. Ancaq nə qurultayın günü təyin olunub, nə də qurultayla bağlı hazırlıqlar gedir.

Anar başda olmaqla AYB rəsmilərinin heç biri bu mövzudan belə söz açmır.

AYB-nin məlum qurultayı 2019-cu ildə keçirilməli idi amma keçirilmədi. Artıq növbəti beşilliyin vaxtından gedir. Yoxsa, Anarın diktatorluğu, vəzifə hərisliyi sayəsində AYB-nin 2004-2014-cü illərdəki taleyi yenidən təkrarlanacaq?

Bəlkə bir daha Yazıçılar Birliyi bir 5 illik fəaliyyətinə də qurultaysız başlayacaq? Təbii ki, Anarla...

Sanki Azərbaycan Yazıçılar Birliyində atılan bütün addımlar Anarın o kürsüdə əbədiyaşarlılığına, istəklərinə hesablanır. Yeri gəlsə nizamnamə qaydaları belə pozulur, dəyişdirilir. Hətta o qurumda fəaliyyət göstərən rəsmilərin çıxışları belə Anara görə tənzimlənir. Belə olmasaydı AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid deyərdimi ki, Anar müəllim istəsə sədr olaram. Adama deyərlər, ay gənclərin 55 yaşlı təmsilçisi, məgər AYB nizamnaməsi Anarın istəklərindən ibarətdirmi?! Yoxsa siz ümumiyyətlə heç bir qanunvericilik, nizamnamə tanımırsınız?"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar