Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdəki MTN generalının daha bir nəhəng obyekti üzə çıxdı

Tarix: 16-08-2016 15:43     Baxış: 3404 A- / A+
Həbsdəki MTN generalının daha bir nəhəng obyekti üzə çıxdı

Ləğv olunan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun daha bir obyekti üzə çıxıb.

Sabiq MTN generalının inşa etdirdiyi binalardan birinin də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mkr ərazisində yerləşdiyi məlum olub.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Abay Kunanbayev küçəsində, keçmiş Bolluq bazarının qarşısında yerləşən binanın tikintisi Çovdarovun həbsindən dərhal sonra dayandırılıb.

Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub.

Qonşuların dediklərinə görə, bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində insanların istirahəti üçün nəzərdə tutulmuş park ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib.

Nədənsə, Binəqədi Rayon İcra Hakimiyyəti də həmin vaxtda bu qədər ağacın kəsilməsinə heç bir reaksiya verməyib, ya da reaksiya verə bilməyib, bu məlum deyil. Hər halda 120-dən çox ağacın kəsilməsi və yaşıllığın məhv edilməsi faktdır.

Məlumatlara görə, Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Amma bu addımı da Çovdarovu kimisə aldatmağa imkan verməyib. O həbs edilən kimi tikintidə işlər dayandırılıb.

Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil.

Manevr.az

Həbsdəki MTN generalının daha bir nəhəng obyekti üzə çıxdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar